Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzahir Pənahov TÜRKPA-nın nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 6-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşüb...

AZƏRTAC xəbər verir ki, görüşdə MSK sədri ilk dəfə olaraq seçkinin azad edilmiş ərazilərimizdə də keçiriləcəyini diqqətə çatdırıb. O qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər.

“Biz bu seçkini Zəfər seçkisi adlandırırıq”, - deyən M.Pənahov seçkidə mübarizə aparacaq namizədlər, həmçinin ölkəmizdə seçicilərin və yaradılmış məntəqələrin sayı, seçicilər və müşahidəçilər üçün yaradılmış şərait barədə məlumat verib

MSK-nın sədri seçkini müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini bildirib.

Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, qurumun Beynəlxalq münasibətlər və hüquq komissiyasının sədri Osman Mesten TÜRKPA-nın seçkini fəal şəkildə müşahidə edəcəyini diqqətə çatdırıb. O, həmçinin bildirib ki, TÜRKPA həmişə Azərbaycanın yanındadır və bu, hər zaman belə olacaq.

“İlk dəfə olaraq seçkini bütöv Azərbaycan torpaqlarında müşahidə etmək bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Səsvermə günü seçkini işğaldan azad olunmuş torpaqlarda müşahidə edəcəyik. Demokratik ölkə olan Azərbaycanda seçkinin ölkə qanunvericiliyinin tələblərin uyğun şəkildə keçiriləcəyinə inanırıq. Fevralın 8-də mətbuat konfransı keçirəcəyik və ilkin nəticələrimizi açıqlayacağıq”, - deyə Osman Mesten qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Ən çox oxunanalar