Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblinin intiharı ilə bağlı təfərrüat

Xəbər verildiyi kimi, üç gün əvvəl Tovuzda 17 yaşlı məktəbli intihar edib.

Rayonun Düz Qırıqlı kənd sakini, 17 yaşlı E.Aslanov yaşadığı evdə həyatına son qoyub.

Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olan E.Aslanov bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıb. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir. Amma məktəblinin canına nədən qıyması müəmmalıdır.

Bizim.Media olayla bağlı təfərrüatları öyrənməyə çalışıb. Düz Qırıqlı kənd bələdiyyə sədri Azər Zeynalov saytımıza açıqlamasında E.Aslanovun olduqca tərbiyəli və kasıb ailədə böyüdüyünü bildirib:

“Atası bir neçə ildir ki, dünyasını dəyişib. Kasıb və sakit ailənin uşağı olub. Anası da elə oğlunun oxuduğu Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyir.

Yas məclisində özüm də iştirak etmişəm. Hər kəs pərişandır. Oğlanın niyə belə hərəkət etdiyini heç kim bilmir. Hər halda istintaq hərəkətlərindən sonra məlum olacaq”, - deyə A.Zeynalov əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar