Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdə surətlə yayılan “ağ ölüm”... - Məsul qurumlar problemə niyə göz yumurlar?

Narkotiklər məktəblərə necə yol tapır və buna görə Təhsil Nazirliyinin, o cümlədən hüquq-mühafizə orqanlarının məsuliyyəti hansı səviyyədədir?..

Tural Abbaslı: “Narkotik vasitələrin istifadəsinin yayılması tək məktəblərdə yayılmayıb. Demək olar ki, bütün yaş kateqoriyalarına narkotikdən istifadə halları çoxalıb”.

Kamran Əsədov: “Bizim gənclərimizin sağlamlıqlarının pozulmasında maraqlı olan qüvvələr mütəmadi olaraq istər sosial şəbəkələrdə, istər başqa platformalarda müəyyən zərərli maddələrin reklamını həyata keçirilər”.

Elçin Bayramlı: “Məsələ təkcə uşaqlar və yeniyetmələrlə bağlı deyil, gənclər və orta yaşlılar arasında da narkotikə meyl artıb. Onlara da ciddi nəzarət edilməlidir”.

Son illər məktəblər tez-tez müxtəlif qalmaqallarla, cinayətlərlə gündımə gəlirlər. Məktəblərdə şagirdlərin narkotikdən istifadə etmələri ilə bağlı isə məlumatlar artmaqdadır. Narkotiklər məktəblərə necə yol tapır və buna görə Təhsil Nazirliyinin, o cümlədən hüquq-mühafizə orqanlarının məsuliyyəti hansı səviyyədədir? Ümumiyyətlə vəzifəli şəxslər bu vəziyyətə göz yummasalar narkotikin məktəblərə ayaq açması mümkündür və məktəblərə narkotikin ayaq açmasının qarşısını almaq üçün təcili hansı addımlar atılmalıdır?

Mövzunu PİA.az-ın əməkdaşı AĞ partiyanın sədri Tural Abbaslı, təhsil eksperti Kamran Əsədov və “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Tural Abbaslı: “İstər Bakıda, istərsə də regionlarda narkotik biznesi ilə məşğul olanların adları, soyadları, ünvanları hər kəsə bəllidir. Hamının, hər kəsin bildiyini hüquq mühafizə orqanlarının bilməməsi inandırıcı deyil”.

Narkotik maddələrdən istifadə bu günümüzə yox, gələcəyimizə vurulan zərbə olduğunu deyən partiya sədri PİA.az-a bildirib ki, buna görə əsas məsuliyyət hüquq mühafizə orqanlarının üzərinə düşür:

“Narkotik vasitələrin istifadəsinin yayılması tək məktəblərdə yayılmayıb. Demək olar ki, bütün yaş kateqoriyalarına narkotikdən istifadə halları çoxalıb. Məktəblərdə narkotikin yayılmasında ola bilsin ki, Təhsil Nazirliyinin hansısa günahı var. Amma düşünürəm ki, burada əsas məsuliyyət hüquq mühafizə orqanlarının üzərinə düşür. Çünki narkotikin gətirilməsinin, ölkədə istaehsalının, satışının, yayılmasının qarşısını almaq mümkündür.

İstər Bakıda, istərsə də regionlarda narkotik biznesi ilə məşğul olanların adları, soyadları, ünvanları hər kəsə bəllidir. Hamının, hər kəsin bildiyini hüquq mühafizə orqanlarının bilməməsi inandırıcı deyil.

Düşünürəm ki, bu sahədə ictimai tənqid artmalıdır ki, aidiyyətı qurumlar bu məsələdə məsuliyyətli olsunlar. Bizim gələcəyimiz indidən zəhərlənməməlidir. Narkotik maddələrdən istifadə bu günümüzə yox, gələcəyimizə vurulan zərbədir. Buna görə də əsas məsuliyyət hüquq mühafizə orqanlarının üzərinə düşür”.

Kamran Əsədov: “Şagirdlərin tədris yükünün çoxalması, həmçinin ailədə və şəxsi həyatlarındakı problemlər onları zərərli vərdişlərə meyilləndirir”.

Bəzi hallarda hüquq-mühafizə orqanlarının fəaliyyətinim yetərli qədər olmadığını vurğulayan təhsil eksperti Kamran Əsədov isə PİA.AZ-a açıqlamasında qeyd edib ki, məktəblərin yaxınlığında hər hansı əyləncə mərkəzlərinin, kafe və ona bərabər olan iaşə obyektlərinin fəaliyyətinə icazə verilməməlidir:

“İlk növbədə onu qeyd edim ki, ölkənin 4447 orta ümumtəhsil məktəblərində 16 milyon şagird təhsil alır. Bu məktəblərdən 320-i paytaxt Bakının payına düşür. Həmçinin ölkədə 1,6 milyon yaxına şagirdin 450 mini Bakıda təhsil alır. Son illərin rəqəmlərinə baxanda görürük ki, təhsildən yayınma halları daha çox 9-cu sinifdə rayonların payına düşür. Digər tərəfdən isə statistikaya əsasən son illər məktəblilər arasında psixotrop maddələrin istifadəsinin çoxalıb.

Çox təəsüflər olsun ki, bizim məktəblərimiz xüsusi nəzarətdə deyil. Düzdür ölkənin hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin edirlər. Amma bizim gənclərimizin sağlamlıqlarının pozulmasında maraqlı olan qüvvələr mütəmadi olaraq istər sosial şəbəkələrdə, istər başqa platformalarda müəyyən zərərli maddələrin reklamını həyata keçirilər. Şagirdlərin tədris yükünün çoxalması, həmçinin ailədə və şəxsi həyatlarındakı problemlər onları zərərli vərdişlərə meyilləndirir.

Burada digər müəyyən amillər də öz təsirini göstərir. Məsələn hər hansı şagird kontingenti buna meyillənəndə digərlərini də həmin qurupa cəlb edirlər. Buna görə də deyə bilərik ki, bəzi hallarda hüquq-mühafizə orqanlarının fəaliyyəti yetərli qədər olmur. Hesab edirəm ki, məktəblərin yaxınlığında hər hansı əyləncə mərkəzlərinin, kafe və ona bərabər olan iaşə obyektlərinin fəaliyyətinə icazə verilməməlidir. Həmçinin məktəblərin qarşısında enerji içkilərinin, siqaret və tütün məmulatlarının satışını həyata keçirən köşklər fəaliyyət göstərir. Mütləq şəkildə bunlar aradan qaldırılmalıdır.

Kamran Əsədov: “Narkotik vasitələrin zərərlərini, həmin şagirdlərin gələcək həyatlarında törədə biləcəyi fəsadları biz diqqətə almalıyıq”.

Məktəblərin ərazilərini də hüquq-müdafizə orqanları günün 24 saatını kamera izləməsinə almalıdır. Çünki şagirdlərlə görüş məqsədi ilə məktəblərə hər hansı şəxslər daxil ola bilirlər. Yaxud da məktəblərin qarşısında şagirdlər kiminsə söhbətinə tutula bilirlər. Hesab edirəm ki, biz məktəblərin qarşısında mütləq şəkildə ciddi nəzarət mexanizmləri tətbiq etməliyik.

Bundan başqa Təhsil Nazirliyi və digər strukturlar məktəblərdə maarifləndirmə işlərini daha da çox aparmalıdırlar. Narkotik vasitələrin zərərlərini, həmin şagirdlərin gələcək həyatlarında törədə biləcəyi fəsadları biz diqqətə almalıyıq. Düşünürəm ki, bütün bunlar yekunda ölkədə sağlam gələcəyi formalaşdırmağa imkan verə bilər”.

Elçin Bayramlı: “Asılılıq yaradan maddələri əsasən yeniyetmə və gənclər arasında yaymağa çalışırlar. Bunlar adi noğuldan, konfetdən tutmuş, guya enerjini, əvhal-ruhiyyəni artıran həblər də ola bilər ki, bunları da uşaqlar rahatlıqla qəbul edirlər”.

Televiziyalarda bu mövzuda sosial roliklərin, verilişlərin təşkil olunmalı olduğunu düşünən sosioloq mövzu ilə bağlı bildirib ki, narkotik milli genefondumuza qarşı terrordur, bununla həm dövlət, həm də cəmiyyət ciddi mübarizə aparmalıdır:

“Bu problem bütün ölkələrdə getdikcə kəskinləşir. Narkomafiyalar yüzlərlə növdə yeni narkotik maddələr yaradır və dövriyyəyə buraxır. Bunların yüngül və ağır variantları var. Bəziləri isə geri dönüşü olmayan maddələrdir ki, ondan qurtulmaq praktiki olaraq mümkün deyil. Bir çoxu ultrakimyəvi süni narkotik maddələrdir- LSD kimi məsələn. Bunlar insan orqanizmini tamam məhv edir və insanlıqdan çıxarır. Müalicəsi də çox çətin olur.

Asılılıq yaradan maddələri əsasən yeniyetmə və gənclər arasında yaymağa çalışırlar. Bunlar adi noğuldan, konfetdən tutmuş, guya enerjini, əvhal-ruhiyyəni artıran həblər də ola bilər ki, bunları da uşaqlar rahatlıqla qəbul edirlər. Bəzi ölkələrdə məktəblərin yaxınlığında naməlum şəxslər şagirdlərə belə həblər, konfetlər təklif edir deyirlər ki, bunu qəbul edəndə, beyin güclü işləyir imtahandan rahatlıqla keçirsən. Uşaq və yeniyetmələri aldatmaq lap asandır. Üstəlik, onlar daha rahat müştəridir, evdən pul oğurlayıb gətirirlər ki, həmin maddəni alsınlar. Bunu qəbul etmədikdə yaşaya bilmirlər.

Bizdə də son dövrlərdə belə məlumatlar çox eşidilir. Şüşə adlandırlan bir maddənin yayıldığı deyilir ki, bu da son dərəcə təhlükəlidir. Belə maddələr ekstazı maksimuma çatdırır, beyini necə deyərlər söndürür və reklamdakı kimi desək, artıq sən o sən deyilsən.

Elçin Bayramlı: “Bunu bəziləri satqınlıq adlandırsa da, satqınlıq bu deyil, qonşudakı narkomanın və narkotik satanın gizlədilməsi tezliklə onun öz uşağını və digərlərinin uşağını bədbəxt etməsinə şərasit yaratmaqdır”.

Ona görə də, valideynlər, məktəb kollektivi uşaqlara ciddi nəzarət etməli, şübhəli hallar olduqda dərhal polisə və həkimə müraciət etməlidirlər. Nə qədər ki, gec deyil. Uşaqlara tapşırılmalıdır ki, belə maddələr təklif edən şəxslərə rast gəldikdə dərhal polisə məlumat versinlər. Uşaq və yeniyetmələrin əlaqələrinə, dost qrupuna, oynadığı və gəzdiyi yerlərə, psixologiyasındakı dəyişikliklərə ciddi nəzarət edilməlidir.

Məsələ təkcə uşaqlar və yeniyetmələrlə bağlı deyil, gənclər və orta yaşlılar arasında da narkotikə meyl artıb. Onlara da ciddi nəzarət edilməlidir. Vətəndaşlar belə hallarla bağlı polisə məlumat verməlidirlər. Bunu bəziləri satqınlıq adlandırsa da, satqınlıq bu deyil, qonşudakı narkomanın və narkotik satanın gizlədilməsi tezliklə onun öz uşağını və digərlərinin uşağını bədbəxt etməsinə şərasit yaratmaqdır.

Narkitok maddə istehsal edənlərə, satanlara qarşı cəzalar ağırlaşdırılmalıdır.­­­ Televiziyalarda bu mövzuda sosial roliklər, verilişlər təşkil olunmalıdır. Narkotik milli genefondumuza qarşı terrordur, bununla həm dövlət, həm də cəmiyyət ciddi mübarizə aparmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Zelenski Ukraynanın Rusiyada vurmaq istədikləri hədəfləri Blinkenə təqdim edib

Ən çox oxunanalar