Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğlunun törətdiyi qəza ilə bağlı yekun qərar verəcək

Bakıda lüks avtomobilin iştirakı ilə baş verən qəza ilə bağlı məhkəmə yekunlaşır. Sabah baş tutacaq prosesdə vətəndaşa qarşı irəli sürülən 48 minlik tələblə bağlı qərar veriləcək.

Qəza hadisəsi 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində baş verib. 90 ND 064 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı "Audi” markalı avtomobil toqquşub.

"Mercedes”in sürücüsü Nəriman Hacıyevdir. "Audi”nin sürücüsünün isə Cəfərli Əsəd Vüqar oğlu olduğu bildirilir.

İlkin araşdırmanın nəticəsində göstərilir ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. Nəriman Hacıyev isə deyir ki, digər sürücü işıqforun qırmızı işığında keçib və qəzanın baş verməsinə səbəb olub.

Hadisə baş verən ərazidə təhlükəsiz şəhər kamerası (TŞK) var. Lakin kamera görüntülərini əldə etmək mümkün deyil. Nəriman Hacıyevin vəkili kamera görüntülərini istəsə də bunu əldə edə bilmir.

Əsəd Cəfərlinin idarə etdiyi lüks avtomobilə 48 min 615 manat maddi zərər dəyməsi ilə bağlı ekspertiza rəyi var. Nəriman Hacıyev isə bu rəylə razılaşmır və zərərçəkənin özü olduğunu bildirir.

Nəriman Hacıyev barəsində inzibati tənbeh haqqında qərardan Şəki Apelyasiya Məhkəməsinə şikayət verilib.

Şəki Apelyasiya Məhkəməsi şikayəti təmin edib və işin yenidən araşdırılması üçün Şəki Rayon Məhkəməsinə qaytarıb.

Şəki Rayon Məhkəməsinin qərarı ilə Nəriman Hacıyev barəsində olan inzibati qərar ləğv olunub, işə xitam verilib.

Lüks avtomobilə dəyən ziyanı tələb edən tərəf olan "Paşa Sığorta”nın Nəriman Hacıyevə qarşı qaldırdığı pul tələbinə dair Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində Şeyda Məhərrəmovanın sədrliyi ilə martın 31-də baxılacaq. 48 min manatın kimdən tutulması ilə bağlı qərar sabah verilə bilər.

Bu gün Nəriman Hacıyev barəsində onun inzibati məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı qərar yoxdur. Belə olan halda şəxs barəsində subroqasiya qaydasında sığorta pulunun tələb edilməsi əsassızdır.

Bildirək ki, qəzadan sonra avtomobil təmir olunub və Vüqar Cəfərlinin adına keçirilib.

Vüqar Cəfərov kimdir?

"Fasad-F” MMC adı bir neçə dəfə qalmaqalda hallanan şirkətlərdən biridir.

"Fasad-F” Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manat olaraq göstərilib. Şirkətin qanuni təmsilçisi isə Cəfərov Fəxri Aydın oğludur. Bu da rəsmi olaraq qəzanı törədən şəxsin soy adı ilə üst-üstə düşür.

Qeyd edək ki, "Fasad-F” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mikrorayon, ev 16, mənzil 57 olaraq göstərilsə də faktiki ünvanı Binəqədi şosesi 12 ünvanında fəaliyyət göstərən "Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur. Bu şirkət isə Azərbaycanın ən məşhur şirkətlərindən biridir. "Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov "Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur.

Məlumata görə, "Audi A7” markalı avtomobili idarə edən şəxs kimi göstərilən Cəfərli Əsəd Vüqar oğlu "Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğludur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Paşinyan parlamentdə danışdı: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik"    

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Ən çox oxunanalar