Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev Qərb liderlərini terorçu adlandırıb…

Rusiyanın sabiq prezidenti Baydeni, Makronu, Şoltsu və Sunakı “terrorçuların ortaqları” adlandırıb….

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev martın 2-də Bryansk vilayətində baş verən hadisələrə sərt reaksiya verib.

Poliqon.info xəbər verir ki, o, bununla bağlı fikirlərini Telegram kanalında dərc edib.

Medvedyevin fikrincə, bu hadisələr ABŞ-da, NATO-da və Avropa Birliyində “kimin kimi dəstəkləndiyini” nümayiş etdirdi. Siyasətçinin sözlərinə görə Braynska hücum edənlər “Moskal çömçəsinə” qayıtmaq istəməyən “Ukraynanın azadlıqsevər xalqı” deyil.

“Bunlar sadəcə nasist piçləridir, üfunətli sarı-qara cır-cındırla dinc əhaliyə hücum edən terror pisliyidir. İndi Londonda, Parisdə, Berlində və Vaşinqtonda onlara haqq qazandırsınlar”, deyə Medvedev yazıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makrona, həmçinin Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsa da müraciət edib.

“Bizim sizə qarşı münasibətimiz indi onlara olduğu kimidir. İndi sizin ölkələriniz Ukrayna rejiminin terror aktlarının iştirakçısıdır, siz isə terrorçuların birbaşa ortaqlarısınız”, deyə Medvedyev yazıb.

Qeyd edək ki, bu gün bu gün Bryanska hücum edən diversiya qrupu Ukrayna tərəfində Rusiyaya qarşı vuruşan ruslardır. Onlar Rusiya vətəndaşlarıdır və Ukrayna Beynəlxalq Legionunun “Rusiya Könüllüləri Korpusu”na aiddirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay