Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət Nazirliyində kadr təyinatı olub

Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, vəzifəyə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Acalova Fərəh Fuad qızı gətirilib.

Qeyd edək ki, Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2002-ci ildə həmin ixtisas üzrə magistr (fərqlənmə), 2009-cu ildə Böyük Britaniyanın Sasseks Universitetinin İnkişaf Araşdırmaları İnstitutunun “Gender və inkişaf” ixtisası üzrə magistr (fərqlənmə) pilləsini bitirib. Vyana Diplomatik Akademiyasında Avropa Araşdırmaları üzrə təlim kursunun xüsusi fərqlənmə sertifikatını alıb. Nyu York Universiteti (ABŞ) və Lund Universitetində (İsveç) beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə təlim kurslarında iştirak edib. ADA Universitetinin orta və yüksək vəzifəli diplomatlar üçün liderliyin inkişafı üzrə xüsusi təlim kursunun ilk məzunlarından biridir.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində çalışıb. Həmin illərdə Azərbaycan Respublikasının Sivilizasiyalararası Alyansda iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə Təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.

2009 və 2019-cu illərdə Azərbaycan diplomatiyasının 90 və 100 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin müvafiq medalları ilə təltif olunub.

2010-cu ildə Koreya Respublikasının Gender Bərabərliyi və Aİlə Nazirliyi və Beynəlxalq Qadın İnkişafı Fondu tərəfindən “Qadın və Gələcək” mükafatına layiq görülüb.

Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.

İngilis, rus, fransız və ispan dillərini bilir.

pia.az 


Etiket: Kadr


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar