Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mariya Butina məsələsi böyüyür - iş Ağ Evə qədər gedib çıxa bilər

Kremlin ABŞ-ın qüdrətli Milli atıcılıq assosiasiyası vasitəsilə daxili siyasətə müdaxilə vasitələri üzə çıxarılır

ABŞ-da həbs olunan rusiyalı casus qadın Mariya Butina ilə bağlı iş hər gün yeni çalarlar qazanır.

ABŞ kəşfiyyatı Kremlin Butinanın ölkənin ən güclü qeyri-hökumət təşkilatı sayılan Milli atıcılıq assosiasiyasına (MAA) müxtəlif yollarla daxil olaraq orda təmsil olunan nüfuzlu şəxslərə təsir etmək istəyini ortaya çıxarıb.

“Rəsmi Moskva həmişə Milli atcılıq assosiasiyası və ABŞ-ın mühafizəkar çevrələri ilə bağlantılarını inkar edib. Lakin kəşfiyyat raportları tamam başqa işlərdən xəbər verir”,- deyə “The Daily Beast” qəzetində yazılıb.

Qəzet Rusiyanın bunun üçün Mərkəzi Bankın sədr müavini Aleksandr Torşin və onun protejesi, yəni himayə etdiyi və bu işlərdə alət olaraq yararlandığı Mariya Butinanın xüsusi rol oynadığını bildirib.

Yeni gələn informasiyalarda məhz bu ikilinin səyləri ilə MAA-nın bir sıra nüfuzlu üzvlərinin 2015-ci ilin sonlarında Moskvaya gətirilidiyi, onların Ruisyanın siyasətinə yön verən şəxlərlə görüşünün təşkil edildiyi vurğulanır.

Rusiyada guya odlu silah azadlığını müdafiə edən və bunun üçün qondarma təşkilat yaradan A.Torşin ABŞ-da eyni funksiyanı yerinə yetirən və iri ranqlı siyasətçi və iş adamlarını birləşdirən MAA üzvləri ilə əlaqə qura bilir.

RusiyaABŞ-da hüquqi fəaliyyətlə məşğul olan Tenessi ştatından olan hüquqşünas Ci Klayn A.Torşini bir vaxtlar Assosiasiyaya rəhbərlik edən Devid Kini ilə tanış edir. Məhz Kini vasitəsilə Torşin ABŞ-ın kübar cəmiyyətinə çıxış qazanır. Mariya Butina isə onun tapşırığı ilə həmin təşkilatın aktiv üzvlərindən, Vaşinqtonda ciddi bağlantılara malik Pol Eriksonla intim münasibətlər qurmağı bacarır.

2015-ci iln dekabrında A.Torşin Milli atıcılıq assosiasiyasının rəhbərlərinin Moskvadakı bütün görüşlərində iştirak edir.

Həmin görüşlərdə isə xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Dmitri Roqozin kimi şəxslərin olması işin axarıını başqa istiqamətə yönəldib.

Yeni gələn informasiyalar təşkliat üzvlərinin Rusiya təhlükəsizlik Şurasının katibinin müavini Yevgeni Lukyanovla da görüşdüyünü üzə çıxarıb.

Kəşfiyyat həmin vaxt Ruisya dövlət adamlarının Donald Trampın da sıx bağlı olduğu MAA üzvlərinə respublikaçı namizədə gələcək seçkilərdə kömək emtək barədə təklif etdiyini bildirir.

“Bütün bu mənzərəyə rəğmən Devid Kini hələ də Moskva səfərinin qeyri-siyasi xarakter daşıdığını iddia edir”,-deyə “The Daily Beast”in məqaləsində yazılıb.(musavat.com)

pia.az


Etiket: Mariya Butina

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Argentinada pensiya artımlarının ləğvinə etiraz edən nümayişlər dağıdılıb

Ən çox oxunanalar