Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mançester Yunayteddən Cristiano Ronaldo ilə bağlı qərar

Mançester Yunayted klubu Kristiano Ronaldonun “Piers Morgan”a verdiyi müsahibəsi ilə bağlı yeni açıqlama verib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqa klubu Mançester Yunayted portuqaliyalı futbolçu Kristiano Ronaldonun “Piers Morgan”a klubun məşqçiləri haqqında ağır sözlər işlətdiyi müsahibə ilə bağlı yeni açıqlama verib.

Ronaldonun müsahibəsinin ilk dəfə mətbuata çıxdığı gün klubdan verilən açıqlamada Ronaldonun sözlərinin araşdırılacağı və dəyərləndirildikdən sonra bu barədə açıqlama veriləcəyi bildirilib.

Müsahibə tam olaraq yayımlandıqdan sonra Mançester Yunayted yeni bir açıqlama ilə çıxış edib: “Klub rəhbərliyi bu səhər Kristiano Ronaldonun müsahibəsinə cavab olaraq müvafiq addımlar atıb. Bu proses yekunlaşana qədər əlavə şərh verilməyəcək”.

Yollar ayrılacaq

Mançester Yunaytedin açıqlamasından sonra İngiltərə mətbuatında yer alan xəbərlərdə Mançester Yunaytedin Ronaldo ilə yollarını ayırmaq üçün rəsmi addımlar atmağa başladığı bildirilib. Məlumatlara görə, klub rəhbərliyi Ronaldonun müqaviləsində qalan 16 milyon funt-sterlinqi ödəmədən yollarını ayırmaq üçün bir yol axtarır. Məşhur klubun Ronaldonu məhkəməyə verməyə hazırlaşdığı da bildirilir.

Ronaldonun müqaviləsi mövsümün sonunda başa çatacaq.

“Erik Ten Haqa hörmət etmirəm”

“Mançester Yunayted mənə xəyanət etdi. Mən Erik Ten Haqa hörmət etmirəm. Çünki o, mənə hörmət etmir. Mənə hörmət etməyənə mən də hörmət etmirəm. Üstümə çox gəlirlər və həmişə məni komandadan getməyə məcbur edirlər. Məni mövcud pis vəziyyətin səbəbkarı kimi qələmə verirlər. Bunu təkcə məşqçi yox, klubdakı bir neçə başqa adam da edir. Özümü xəyanətə məruz qalmış hiss edirəm. Buna cavab verməməliyəm. Bilmirəm... Amma hər halda, vecimə deyil. İnsanlar həqiqəti dinləməlidirlər. Bəli, özümü xəyanət etmiş kimi hiss edirəm. Mənə elə gəlir ki, bəziləri məni burada istəmir. Təkcə bu mövsüm yox, keçən mövsüm də”...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ən çox oxunanalar