Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronu və Fransanı necə bir gələcək gözləyir?

Parisdə bitməyən etiraz dalğaları onu göstərir ki, Makron dönəmi sonucda Fransanın “beyin ölümü”nə səbəb ola bilər...

Erhan Akdemir

“Cumhuriyet” qəzeti, Türkiyə, 11 dekabr 2019-cu il

7 may 2017-ci ildə Emmanuel Makron seçicilərə verdiyi vədlər sayəsində Elize Sarayının qapısını aça bilmişdi. Bu vədlərdən ən önəmlisi isə o idi ki, Makron Fransa üçün nələr edəcəyindən deyil, insanların Fransada fürsətlərdən necə istifadə edə biləcəyindən danışırdı. Makron bu yanaşması ilə əldə etdiyi 64,16 səs faizi ilə prezident seçilmişdi və ilk açıqlamasında ölkəni yenidən birləşdirəcəyinə söz vermişdi. Digər tərəfdən, sol sosialist qisimlər Makronu tətbiq etməyə çalışdığı sosial siyasətlərinə görə fransız sosialist sisteminə qarşı müharibə elan etməkdə ittiham edirdi. Makronun əvvəllər bankda işləmiş olması və ictimai sektoru yıxacaq radikal proqramları da sol sosialistlər tərəfindən tənqid edilirdi. Amma “Fransa siyasətinə yenilik gətirmək” ifadəsi bu tənqidləri dəf etmişdi. Bununla yanaşı, fransız seçicilərin 1/4-i səsverməyə getməmiş və Makrona səs verənlərin böyük bir qismi də radikal sağçı Marin Le Penin iqtidarına mane olmaq üçün Makrona səs verdiklərini bildirmişdiıər.

Həmin vaxt gözardı edilən sözlər bu gün Makronun tənqid edildiyi məqamlardır. Bu tənqidlər Makron iqtidarının etibarlılığını və qanuniliyini sual altında qoyur. İqtisadiyyat naziri olduğu dönəmdə də apardığı siyasətlərlə etirazlara səbəb olan Makron 2017-2022-ci illər aralığında ictimai xərclərin azaldılması, işsizliyi 10%-dən 7%-ə endirmək və gəlir vergisini azaltmaq kimi önəmli vədləri vermişdi. Lakin seçkidən sonrakı prosesdə Makronun ictimai sektoru hədəf alan siyasətlərin həyata keçməsi və sosial ədalətsizliyi aradan qaldıran siyasətlərin tətbiq edilməməsi Makron iqtidarını ciddi şəkildə təhdid edir.

Makron iqtidarının təhlükədə olması ilə bağlı ilk siqnal 2018-ci ilin noyabrında Sarı Jiletlilər hərəkatında meydana çıxıb. Fransanın siyasi, sosial və iqtisadi həyatını dərindən sarsıdan Sarı Jiletlilər hərəkatı dolanışıq problemlərindən, bahalı yaşayışdan və benzin qiymətlərinin artmasından sonra ortaya çıxıb. Minimum əmək haqqının 100 avro qaldırılması və ayda 2000 avrodan az qazanan pensiyaçıların ödədiyi sosial təhlükəsizlik vergisi artımının ləğv edilməsi nəticəsində nümayişlər bir az səngimiş olsa da, hərəkat təxminən 1 ildir davam edir. Sözügedən nümayişlərlə bağlı ən önəmli detal isə Makronun AB ilə və xarici siyasətlə bağlı dediyi sözlər və bu sözlərlə bağlı ABŞ-ın verdiyi cavablardır. Makron prezident seçilmədən əvvəl də, sonra da bildirmişdi ki, AB yenilənməlidir və bunun üçün də Avropa özünü müdafiə etmək üçün ordusunu yaratmalıdır. Bu yöndə ən konkret təklifini isə 2018-in noyabr ayında açıqlayıb. ABŞ prezidenti Donald Tramp da Makronun Rusiyadan, Çindən və hətta ABŞ-dan qorunmaq üçün Avropa ordusu qurulması təklifini qəbul etməmiş və bu təklifi bir alçaltma kimi qəbul etmişdi. Ardınca da Fransada Sarı Jiletlilər hərəkatı ortaya çıxmışdı.

Diqqət çəkən detal

Makron iqtidarının zəiflədiyini göstərən bir digər məsələ də pensiya islahatı məqsədilə 5 dekabrda başlayan tətillərdir. Pensiyaya xal bazası gətirilməsini əsas götürən islahatda qarışıq pensiya sisteminin bir çox peşə sahəsi üçün özəl tənzimləmələrlə sadələşdirilməsi əsas götürülür. Lakin planlaşdırılan islahat hal-hazırda 62 olan pensiya yaşını artıraraq insanların daha uzun müddət işləməsinə səbəb ola bilər.

Sözügedən pensiya islahatına etiraz etmək məqsədilə keçirilən ümumi tətillər, xüsusilə, nəqliyyat, təhsil və səhiyyə xidmətlərinə mənfi təsir göstərir. Təxminən 50 şəhərdə keçirilən etiraz aksiyalarında iştirak edənləri sayı 800 mindən çoxdur. Lakin burada yenə vurğulanmalı olan əsas məsələ odur ki, Makron “The Economist” jurnalına noyabr ayında verdiyi müsahibədə ABŞ-la baş verən problemlərə görə NATO üçün “beyni ölüb” dedikdən sonra bu aksiyalar başlayıb. Makron müsahibədə Avropa ölkələrinə xəbərdarlıq verərək bildirib ki, NATO müttəfiqlərini müdafiə etmək üçün artıq ABŞ-a güvənə bilməzlər və ABŞ rəhbərliyi onlardan üz çevirib. Makronun bu açıqlamalarına ABŞ prezidenti reaksiya verib, ardınca da Fransa yeni kütləvi nümayişlərə şahid olmağa başlayıb.

“Beyin ölümü” təhlükəsi

Nəticədə, daxili siyasətdə olduqca sıxıntılı günlər keçirən Makron xarici siyasətdə də istifadə etdiyi sözlər və izlədiyi siyasətlər nəticəsində müttəfiqləri ilə olan münasibətlərini zədələyə bilər. Fransa hər nə qədər AB-də yenidən sözü keçən və əsas oyunçu olmağa çalışsa da, əslində, bunu bacarmayan, Yaxın Şərqdə və Şərqi Aralıq dənizindəki təsirini və gücünü uzun zamandır itirən və ABŞ-la olan münasibətində də ABŞ-ın maraqlarını tamamilə zədələyən siyasətlər izləyir. Daxildə baş verən hadisələr də Fransada Makrona olan inamı azaldaraq etibarlılığın sual altına düşməsinə yol aça bilər. Parisdə bitməyən etiraz dalğaları onu göstərir ki, Makron dönəmi sonucda Fransanın “beyin ölümü”nə səbəb ola bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar