Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron və Lyayenin Çin səfəri - Avropa təmsilçiləri Pekindən hansı nəticə ilə qayıtdılar?..

Fransa prezidenti Emmanuel Makronla Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfər etdilər...

Politoloq: “Avropa təmsilçilərinin Çinə səfərində ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır”.

“Çin lideri əvvəlki tək hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır. Si Tsinpinin fikrincə, NATO Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalıydı”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Fransa prezidentinin və Avropa İttifaqının Komissiyasının rəhbərinin Çinə birgə səfərlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makronla Avropa İttifaqının Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Çinə birgə səfər etdilər. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Cinpinlə birgə Pekində keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında dedi ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə bağlı Çinin mövqeyi Avropa İttifaqı üçün çox vacibdir.

Bəs Makron Pekindən hansı nəticə ilə qayıdıb? Bu səfərin və aparılan danışıqların nəticələri barədə nə demək mümkündür?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur”.

Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdaqlı əhəmiyyəti daşıdığını düşünən politoloq Poliqon-a bildirib ki, Çin Rusiyaya hərbi texnika və silah versə, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək:

“Gözlənildiyi kimi, Pekində əsas mövzu Ukrayna olub. Avropa İttifaqı Çinin Rusiyaya dəstəyindən narahatdır. Daha böyük narahatlıq Çinin İran kimi Rusiyaya silah və hərbi texnika göndərməsi ehtimalı ilə bağlıdır. Daha əvvəl Pekində Avropadan Almaniyanın kansleri Olaf Şolts, İspaniyanın baş naziri Perdo Sanşes və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissarı Jozep Borel olmuşdular.

Pekinin Ukrayna məsələsində mövqeyi dəyişməyib və bu səfərlərin böyük nəticəsi yoxdur. Çin lideri Si Tsinpin Fransa prezidenti Emmanuel Makronla Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər. Ortaq fikir sadəcə bundan ibarət olub ki, tərəflər Ukrayna məsələsi ilə bağlı danışıqlara başlamalı və problem sülh yolu ilə həll olunmalıdır. Buna baxmayaraq, Çin lideri Rusiyanı qınamaqdan imtina edib. Halbuki, ortaq mətbuat konfransında Fransa prezidenti Çin liderinə müraciət edərək, Rusiyanı işğala son qoymağa çağırıb.

Makron Pekində bildirib ki, Avropa Ukrayna torpaqlarının işğalı ilə barışmayacaq və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir. Si Tsinpin Emmanuel Makronun bu çağırışını dəstəkləməyib. Si Tsinpinin yeganə güzəşti o olub ki, Çin lideri Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon zəngi edəcəyini vəd edib. Ancaq Si bunun nə zaman baş verəcəyini dəqiqləşdirməyib.

Elxan Şahinoğlu: “Əgər Pekin Rusiyaya silah və hərbi texnika verərsə, Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək”.

Çin lideri əvvəlki tək hesab edir ki, müharibənin başlanmasında NATO günahkardır. Si Tsinpinin fikrincə, NATO Rusiyanın Ukraynadakı təhlükəsizlik maraqlarını nəzərə almalıydı.

Beləliklə, Fransa prezidentinin və Avropa İttifaqının Komissiyasının rəhbərinin Pekinə səfəri nəticəsiz qalıb. Bu əvvəlcədən də bəlliydi.

Belə olan halda Makron və Ursula Fon der Lyayen hansı səbəbdən Pekinə səfər ediblər? Görünür, Avropa təmsilçilərinin bu səfərləri Pekinə xəbərdaqlı əhəmiyyəti daşıyır ki, Çin Rusiyaya hərbi texnika və silah versə, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək.

Brüssel Pekinin Kremldən Ukrayna məsələsinə görə məsafə saxlamasını istəyir. Çinin Avropa İttifaqı dövlətləri ilə sıx iqtisadi əlaqələri var. İyun ayında Avropa İttifaqı-Çin sammiti planlaşdırılır. Vaşinqtondan fərqli olaraq Brüssel Çinlə iqtisadi əlaqələri zəiflətmək istəmir. Ancaq əgər Pekin Rusiyaya silah və hərbi texnika verərsə, Brüssel Pekinlə iqtisadi əlaqələri zəiflətmək məcburiyyətində qalacaq və Çin böyük Avropa bazarını itirəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar