Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Putinin 2024-cü ildə Fransaya dəvət oluna biləcəyini açıqlayıb

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna üzrə sülh danışıqları aparılarsa, 2024-cü ildə Rusiya prezidenti Vladimir Putinin ölkəyə dəvət oluna biləcəyini istisna etmir...

Poliqon xəbər verir ki, bu barədə Makron France 5 telekanalına müsahibəsində deyib.

Fransa prezidenti ilə söhbət edən reportyorlar gələn il baş tutacaq mühüm hadisələr, xüsusən müttəfiqlərin Normandiyaya desantının 80 illiyi ilə bağlı qeyd etmələr barədə suallar veriblər. Jurnalistlər Rusiya prezidentinin dəvət edilən qonaqlar arasında olub-olmayacağını soruşublar. Makron cavab verib ki, Putinin Fransaya səfəri Ukrayna prezidenti Volodimir Zelenski ilə sülh danışıqları aparacağı təqdirdə baş tuta bilər.

Makron bildirib ki, Vaşinqtonun mövqeyi dəyişsə belə, Brüssel Kiyevə yardımı davam etdirməlidir. Onun fikrincə, Ukraynaya dəstək 2024-cü ildə Avropa İttifaqı (Aİ) üçün vacib məsələdir. Makron vurğulayıb ki, Aİ ABŞ-ın iştirakından asılı olmayaraq Ukraynaya kömək etmək iqtidarındadır. O, həmçinin qeyd edib ki, bəzi Avropa ölkələri vəsaitin ayrılması zərurətinə şübhə ilə yanaşır.

Prezident vurğulayıb ki, Avropanın təhlükəsizliyi və suverenliyi, Avropanın öz gələcəyini müstəqil seçmək qabiliyyəti təhlükə altındadır. O, həmçinin etiraf edib ki, Avropa Rusiyanı effektiv şəkildə cilovlaya bilməyib və Moskvaya təzyiq cəhdləri uğursuz alınıb.

Makron ABŞAvropanın Ukraynanın gələcəyi ilə bağlı şübhələrinin olduğunu da etiraf edib: "Biz hiss edirik ki, bəzi Avropa ölkələrində də amerikalılar kimi şübhələr yaranmağa başlayıb."

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Ən çox oxunanalar