Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduro Mileyin ideologiyasını nasist ideologiyası adlandırıb

Venesuela prezidenti Nikolas Maduro Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışından sonra Argentina lideri Xavyer Mileyin ideologiyasını nasist ideologiyası kimi qiymətləndirib...

Poliqon xəbər verir ki, bu barədə Venesuelanın “La Patilla” qəzeti məlumat yayıb.

“Mən onun nasist ideologiyasından utanıram, onun liberal olması yalandır. O, bütün Qərbi kommunist və sosialist olmaqda ittiham etdi. Ondan fərqli düşünən hər kəs kommunistdir və yer üzündən məhv edilməlidir”, deyə Madurobildirib.

Qeyd edək ki, yanvarın 18-də Miley İsveçrənin Davos şəhərində etdiyi çıxışda Qərbin “təhlükədə olduğunu” söyləyib. Mileyə görə Qərbin dəyərlərini müdafiə etməli olanlar sosialistlərin dünyagörüşünə təslim olublar və bu da dünyanı qaçılmaz olaraq sosializmə aparır. Argentina prezidentinin fikrincə, radikal bazar siyasəti və kapitalizm “planetdə yoxsulluğa və aclığa son qoyacaq” alətlərdir.

Miley həmçinin bildirib ki, kapitalizm “ədalətli və əxlaqi cəhətdən üstün” siyasi və iqtisadi sistemdir və kapitalizmin mövcudluğu bugünkü dünyanın tarixin hər hansı digər zamanından daha zəngin, daha azad, daha dinc və firavan olmasına imkan verib.

2023-cü ilin noyabrında seçilən Argentinanın yeni lideri Xavyer Miley ölkənin ilk libertar prezidentidir. Miley qlobal istiləşməni inkar edir, insan orqanlarının ticarətinə icazə verməyə çağırır, həmçinin aborta qarşıdır. Seçki kampaniyası zamanı o, həmçinin Çin, Braziliya və Rusiyanın “kommunist” hökumətləri ilə əlaqələri kəsmək planlarını açıqlayıb. Miley qeyd edib ki, o, özünü “azadlığın, sülhün və demokratiyanın müdafiəçisi” hesab edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar