Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstanda İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə təxirə salınıb

Macarıstanın hakim FİDES partiyası müxalifətin İsveçin NATO-ya qəbulu ilə bağlı parlamentdə səsvermə keçirmək təklifini rədd edib...

Poliqon xəbər verir ki, bu barədə Demokratik Koalisiya Partiyasından olan deputat Aqnes Vadai məlumat verib. Deputatlar bu məsələyə növbəti dəfə noyabrda baxa biləcəklər.

“Bu həftə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə olmayacaq”,deyə xanım Vadai Facebook-da yazıb.

Qeyd edək ki, İsveç parlamenti ölkənin alyansa daxil olmasını martın 22-də, Finlandiya parlamenti isə martın 1-də analoji qərar qəbul edib. Finlandiya aprel ayında NATO-ya qəbul edilib. İsveçin müraciətləri yalnız Macarıstan və Türkiyə tərəfindən rədd edilib. Macarıstan Xarici İşlər Nazirliyi İsveç hakimiyyətini Macarıstanı qeyri-demokratik siyasətdə ittiham etdiyinə görə tənqid edir.

Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıb, oktyabrın 25-də isə Türkiyə parlamenti ərizəni təsdiqləyib. Sənəd baxılması üçün Xarici Əlaqələr Komitəsinə təqdim edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ən çox oxunanalar