Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Litva Trampın hakimiyyətə gəlməsini “kabus” kimi dəyərləndirib

Litvanın xarici işlər naziri Landsberqis: Trampın qoşunları çıxarması Baltikyanı ölkələr üçün kabus olardı...

Keçmiş prezident Donald Tramp ABŞ-da hakimiyyətə gələrsə, Vaşinqton öz qüvvələrini Avropadan çıxara bilər, belə bir ssenari Aİ üçün “kabus”a çevriləcək.

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Dünya İqtisadi Forumunda deyib.

Landsberqis ABŞ-ın Avropadan çıxması ssenarisini “kabus” adlandıraraq, “indiki formada Avropa böyük təhlükə altındadır və biz Rusiyanın eskalasiyasının növbəti mərhələsinə qədər mütləq saatları hesablayırıq”, deyib.

Nazirin fikrincə, qlobal sabitlik Aİ və ABŞ arasında transatlantik əlaqələrdən asılıdır.

Bloomberg qeyd edir ki, Donald Trampın Ağ Evə qayıtması perspektivi ilə ABŞ-ın Avropa təhlükəsizliyinə sadiqliyi ilə bağlı suallar yenidən yaranıb. Agentlik yazır ki, Avropa rəsmiləri ABŞ-ın Kiyevə yardımını dayandıra və hətta NATO-dan çıxmağa cəhd edə biləcəyindən narahat olmağa başlayıblar.

Qeyd edək ki, daha əvvəl Tramp müharibə vəziyyətində ABŞ-ın Avropa Birliyinə kömək etməyəcəyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar