Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: "Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub"

Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdır.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.

Nazir vurğulayıb ki, heç bir maneə olmadan sülh müqaviləsi bağlanmalı, sərhədlər delimitasiya olunmalı və nəqliyyat əlaqələri qurulmalıdır.

Lavrov deyib ki, Moskva AzərbaycanErmənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki kömək etməyə hazırdır:

“Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyadadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq".

Poliqon.info 


Etiket: Sergey Lavrov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar