Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Lalə Məmmədova məni həbs etdirmək istəyir”

"Uzun müddətdir keçmiş həyat yoldaşım Lalə Məmmədovanın hücumuna məruz qalıram"

Bu barədə xalq artisti Lalə Məmmədovanın eks-həyat yoldaşı İlham Qafarov “media.az”a açıqlamasında bildirib.

O, yeni ailəsi olduğunu söyləyib: “Bizim ailəmiz 5 il öncə dağılıb. Mənim hazırda başqa ailəm və bir yaşında övladım var. Mən oğlumun atası olmadan böyüməsini istəmirəm. Keçmiş həyat yoldaşım mənə rahatlıq vermir, təzyiq edərək alimenti ödəməyimi tələb edir. Biz boşananda mən nəinki işimi, əsas da anamı qısa sürən xəstəlikdən sonra itirdim”.

İ. Qafqarov Lalə Məmmədovanın ilk dəfə onu 2015-ci ildə sənətçini öldürmək istəməkdə ittiham edib: “Məni məsuliyyətə cəlb etdilər, lakin bunun yalan olduğunu sübut etdim və məni buraxdılar. Sonra məni aliment ödəməməkdə günahlandırdı. Lakin anamın ölümü və işsizliyə görə alimenti vaxtında ödəməyə imkanım yox idi. Ümumi 8 min manat borc yığılıb. Əvvələr bir aya görə 206 manat ödəyirdimsə, indi bu məbləğ 308 AZN təşkil edir. Lalə bütün məhkəmələri udur, onun üçün hər yer “yaşıl işıq”dır. Məhkəməyə səhhətim və iş yerimin olmamağı ilə bağlı sənədlər təqdim etmişəm. Hazırda ürəyimdə ciddi problem var. Onun isə 3 rəsmi yerdə işi var, hətta toylardan da pul qazanır. Lakin o, məhkəmədən borcu ödəməsəm həbs olunmağımı tələb edir”.

İlham Qafarov uzun müddətdir uşaqlarını görmədiyindən şikayət edib: “Anaları onları mənə qarşı edib, nifrət edirlər. Balaca qızımı həyatımda 3 dəfə görmüşəm. Böyük qızımı isə son iki ildir görmürəm. Boşanandan sonra münasibətimiz yaxşı idi, uşaqlarla görüşürdük.

Lakin o, mənin yenidən ailə qurduğumu öyrənəndə kin bəsləməyə başladı. Keçmiş həyat yoldaşımın bir neçə evi var, hətta dövlətdən yeni mənzil istəyir.

Onun Xətai rayonunda beşotaqlı mənzili var. Şəxsən o mənzilin alışında iştirak etmişəm və 43 min dollar vermişəm. Lakin o, evi anasının adına rəsmiləşdirib. Hazırda yaşadığı ikinci ev isə Nizami rayonunda yerləşir. Lalə Məmmədova məni ümidsizliyə düçar edir. Ya həbsxanada yatmalıyam, ya da intihar etməliyəm. Başqa yolum yoxdur. Bu qədər pulum yoxdur ki, alimenti birbaşa ödəyim. Bu ölkənin vətəndaşı kimi müdafiə olunmağımı xahiş edirəm”.

Qeyd edək ki, Lalə Məmmədova və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurub. Cütlüyün Nərgiz və Çinarə adlı iki qızı var. Onlar 2013-cü ildə ayrılıblar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ən çox oxunanalar