Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lalə Azərtaş: "Ağzınız şirin oldu?"

Tarif Şurasının qaz və işığın qiymətində artım etməsi bir neçə gündür sosial şəbəkə və verilişlərin müzakirə mövzusuna çevrilib. Diqqət çəkən məqamlardan biri isə ötən gün aparıcı Lalə Azərtaşın "Birinci studiya"da məsələ ilə bağlı səsləndirdiyi fikirlər olub.

PİA.az xəbər verir ki, aparıcı İnstaqram səhifəsində video paylaşaraq eyhamla işlətdiyi sözlərdə xalqın dili ilə çıxış etdiyini, yayılan videoda sözlərinin kəsildiyini deyib:

“Böyük təəccüb və təəssüf içindəyəm. Qara piyarı başa düşdüm. Bundan qidalanırsınız, qazanırsınız, reytinqiniz var və s. Amma niyə bir xanımın çıxışının əvvəlini və sonunu kəsib, ortadakı cümləni, “Mürəbbə" məsələsini fərqli başlıq altında fırladıb, insanlara yedirtməyə çalışırsınız? Ağzınız şirin oldu? Çətin... Təssüfüm nədir? İnsanlarımız nəəcəb sona qədər qulaq asmadan, bir girək baxaq görək nə deyib, oradakı səs tonunu, ehtiyamı, sarkazmı, o son cümlələrdəki qiymət artımına qəti qarşıyam sözlərini tutmadan, nəəcəb əllərinə telefonlarını alıb yazmağa başladılar? Fərqli bir rahatlıq var içimdə, sevinc hissi var. Bacınız sizə qurban, bu gün mənim qazı qardaşlarım çox fərqli formalarda dəstək nümayiş etdirdilər. Şəhid ailələrimiz. “Qızım, yanınızdayıq, necə ki, sən yanımızdaydın. Sən bizim adımızdan danışdın” dedilər. Peşə borcumdur. Biz mavi ekrana həqiqətləri demək üçün çıxırıq. Siz diqqətlə qulaq assanız, görəcəksiniz ki, mən o çıxışda nə demişəm, necə və niyə demişəm. Siz ağı qaradan seçən və gözü tərəzi olan insanlarsınız”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ən çox oxunanalar