Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Krım aeroportunda partlayışlar: Ölən və yaralananlar var, onlarla təyyarə məhv edilib - Yenilənib

Ukrayna Silahlı Qüvvələri ABŞ-dan alınan yeni raketlərlə 270 kilometrlik məsafədən Krımda yerləşən Saki hərbi aerodromuna zərbələr endirib. Bu barədə Ukrayna mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlarda deyilir. Nnəticədə aviabaza funksiyası daşıyan aerodromda güclü partlayışlar və yanğın baş verib.

Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib. Aerodromun yaxınlığındakı Novofyodorovka yaşayış məntəqəsi kurort ərazisidir. Artıq həmin ərazidəki yerli əhali və turistlərin kütləvi qaçışı müşahidə olunur. Yollarda tıxaclar yaranıb. 

Qeyd olunur ki, Ukraynanın Zaporojye, Xerson və Nikolayev vilayətləri məhz həmin aviabazadan qalxan təyyarələrlə bombalanırdı.  

Media yazır ki, Novofyodorovka yaşayış məntəqəsində yerləşən Saki aerodromu Rusiyanın Qara dəniz donanmasının dəniz aviasiyasına məxsusdur. Aerodromda Su-30SM, SU-24M, Su-24MP, TU-134 hərbi təyyarələri yerləşdirilmişdir.

Xatırladaq ki, Pentaqon bu günlərdə Ukraynaya 1 milyard dollar dəyərində 18-ci hərbi yardım paketi açıqlayıb. Paketə;

- HIMARS üçün raketlər(zərbə məsafəsi qeyd olunmayıb);

- 155 mm-lik artilleriya qurğuları üçün 75000 mərmi;

- 20 120 mm-lik artilleriya qurğusu və onlar üçün 20000 mərmi;

-NASAMS HHM sistemi üçün raketlər;

-1000 Javelin;

-Yüzlərlə tank əleyhinə AT4 sistemi;

-50 zirehli tibb maşını daxildir.

Ekspertlər Krımdakı hərbi mövqelərə zərbələrin yeni raketlər vasitəsi ilə endirildiyinə əmindirlər.

Rusiya MN Krımda baş verən partlayışların səbəbini açıqlayıb

Novofyodorovka ytaşayış məntəqəsi ərazisindəki Saki aerodormounda saxlanma anbarında bir neçə aviasiya sursatının detonasiyası baş verib. Partlayış nəticəsində heç kəs xəsarət almayıb.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik partlayışlar zamanı aviasiya texnikasına zərər dəymədiyini, hazırda yanğının söndürülməsinə cəhd edildiyini bildirib. 

Xatırladaq ki. "Moskva" kreyseri Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilərkən də sadəcə, mərmilərin detonasiyasının baş verdiyini bildirmiş və gəminin Ukrayna tərəfindən vurulduğunu gizlətməyə çalışmışdı.  

Ukrayna Müdafiə Nazirliyi isə Krımdakı partlayışlara şərh verməyib.Hərbi aerodromdakı partlayışların raket zərbəsi, yoxsa diversiya əməliyyatı nəticəsində baş verdiyi hələ ki, dəqiq bilinmir. 

Kreml təbliğatçıları hadisəsən dərhal sonra əl-ayağa düşüblər. Marqarita Simonyan partlayışın ya hərbçilərin başıpozuqluğundan, ya da diversiya qrupunun fəaliyyəti nəticəsində baş verdiyini bildirib. O da Rusiya Müdafiə Nazirliyi kimi, ərazinin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu istisna edib.

***

Krımda aerodromunda baş verən partlayışlar nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Xəsarət alanlar lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

Rusiya Müdafiə Nazirliyi Krımın Novofedorovka rayonundakı Saki aerodromunun ərazisində bir neçə aviasiya sursatının partladıldığını bildirib.

Aviasiya texnikasına ziyan dəyməyib. (azpolitika.info)

***

Krımda bir neçə partlayış baş verib.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Partlayışlar Novofyodorovka qəsəbəsi yaxınlığında qeydə alınıb.

Saks rayonu administrasiyası rəhbərinin müavini Viktoriya Kazmirova da bölgədəki aerodromda partlayışlar olduğunu vurğulayıb.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

"Hər üç fiziki məhdudiyyətli şəxsdən biri qohum nikahlarından doğulur" - Həkimdən açıqlama

Maşında siqaret çəkməyin zərərləri – Yalnız qoxu ilə əlaqəli deyil

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Ən çox oxunanalar