Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosmosdan yerə sirli siqnalları kim göndərir?

Alimlər uzaq qalaktikalardan gələn qeyri-adi radiosiqnallar qeydə alıblar

Bu sürətli radio partlamalar kimi məlum olan siqnallar Yerdəki radioteleskoplara çataraq saniyənin mində birində parlayır və yoxa çıxırlar. Son 10 ildə onlarla belə impuls qeydə alınıb. Lakin bu dəfəki siqnallar hər zamankından bir qədər fərqli olub - onlar təkrarlanıblar. Alimlər bu siqnalların hardan gəldiyini bilməsələr də, müxtəlif versiyalar irəli sürürlər.

Neytron ulduzu

Ulduzlarda partlayış baş verən zaman onlar sürətlə neytron ulduza çevrilə bilir. Astronomlar hesab edirlər ki, həmin ulduzlardan güclü maqnit sahəsində yerləşənləri belə qəribə siqnallar yaya bilər. "Ümumiyyətlə, neytron ulduz variantı izahatı pis səslənmir", Vankuverdən olan Kanadalı astrofizik İngrid Steyrz deyir. Lakin biz hələ də belə yüksək radiodalğaların yaranmasına səbəb olan fiziki proseslərin təbiətini öyrənə bilməmişik", o izah edir.

İki ulduzun birləşməsi

Bu məsələnin daha bir izahatı isə iki neytron ulduzunun toqquşmasıdır. Monrealdan olan astronom Shriharsh Tendulkarın sözlərinə görə, bu versiya yalnız təkrarlanmayan siqnallar üçün keçərlidir, çünki toqquşma zamanı ulduzlar parçalanır."Belə bir hadisələr bir dəfəlik fəlakətlərdir, buna görə də bu nəzəriyyə təkrarlanan radiosiqnalları izah edə bilməz" o deyir. Son on ildə teleskoplarla qeydə alınan radio partlamaların çoxu məhz bir dəfəlikdir. Lakin iki eyni siqnal təkrar-təkrar qeydə alınırsa, bunun başqa bir izahı olmalıdır.

Blister

Bəzən neytron ulduzu öz ağırlığını dəstəkləmədiyi üçün fırlanaraq sıxışır və qara dəliyə çevrilir.Bu vəziyyət də ulduzun məhvinə gətirib çıxarır, beləliklə həmin proses zamanı da təkrar siqnal qeydə alına bilməz.

Qara dəlik

Bizim qara dəliklər haqqında məlumatımız o qədər azdır ki, onlar bir anda bir neçə izahat əmələ gətirir. Daha bir versiya odur ki, bu radiosiqnalları qara dəliyə düşən neytron ulduzları yayır, yaxud da ki, ölçüsü balacalaşan qara dəliyin özü. Qara dəliklə toqquşan qaranlıq materiya da bu siqnalları yarada bilər.

Bəlkə yadplanetlilər?

Bir çoxları əmindir ki, radiosiqnallar təbii mənşəlidir. Bəziləri isə düşünür ki, onlar Yerdən kənardakı həyatın sübutu ola bilər. Professor Streyz hesab edir ki, bu izahatdakı reallıq payı azdır.

"Siqnallar çox müxtəlif yerlərdən - məsafədən və ya birbaşa gəlir. Onlar dəqiq, müxtəlif qalaktikalarda baş verir", o vurğulayır. "Bu cür çox sayda fərqli yad sivilizasiyanın mövcud olduğu və onların hamısının eyni vaxtda, eyni şəkildə siqnalın yayılmasına qərar verməsi inanılmazdır. Belə bir təsadüf ehtimalı sıfıra bərabərdir", astrofizik bildirir. (BBC)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar