Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronadan sonrakı xaos: Yeni dünyada bizi nələr gözləyir?..

Dünyanın ən önəmli güc mərkəzləri artıq dünyaya nizam gətirməyə qadir deyillər...

Ergin Yıldızoğlu

“Cumhuriyet” qəzeti, Türkiyə, 11 may 2020-ci il

Ən çox müzakirə olunan fikirlərdən biri Covid-19 böhranından sonra hər şeyin fərqli olacağı ilə bağlıdır. İndi bir çox solçu analitiklərin demək olar ki, hamısı ağlabatan ssenarilər hazırlayaraq Covid-19-dan sonra iqtisadiyyatın və siyasətin xalqın yanında olmaqla ekoloji cəhətdən daha möhkəm bir şəkildə yenidən qurulması yollarını müzakirə edirlər. Mən iki səbəbə görə bir az fərqli düşünürəm.

Əvvəla, bu virus haqqında hər gün yeni şeylər öyrənirik. Cümə axşamı günü “Financial Times” və “Wall Street” jurnallarında çıxan yazılara əsasən, deyə bilərik ki, bu virus insan bədənini başdan ayağa ələ keçirə bilər. Təkcə ağciyərlərə deyil, beyinə, böyrəklərə, həzm sisteminə də təsir göstərir və hətta Covid-19-un təsirini əzələlərdən ayaq barmaqlarına qədər görmək mümkündür. Çinli həkimlərinin son araşdırmaları bu virusun cinsi əlaqə yolu ilə də keçə biləcəyini göstərir. Bundan əlavə, immunitet yarana biləcəyini də bilmirik, çünki hələ ortada nə bir peyvənd var, nə də təsirli bir dərman.

Hökumətlər bir çox ölkələrdə insanların həyatı bahasına iqtisadiyyatı yenidən aktivləşdirməyə başlayıblar. Bununla birlikdə, həftə sonu Cənubi Koreyada xəstələrin sayı artmağa başladığı üçün barlar, klublar və restoranlar yenidən bağlanıb. “Der Spiegel”ə görə, Covid-19 pandemiyasının ikinci dalğası gələn kimi (Almaniyadakı “Robert Koch” İnstitutunun mütəxəssisləri gələcəyinə əmindirlər) bir bölgədən yayılmaq əvəzinə, hər yerdə birdən başlayacaq və beləliklə, bu payız ayında və ya qışda xəstəxanalar fərdi imkanlarının son həddinə çata bilərlər. Bir sözlə, post-Covid-19 anlayışının nə demək olduğunu hələ tam bilmirik.

İkincisi, istər Covid-19-u yaradan şərtlərlə, istərsə də virusun sosial təsirləri ilə hakim olan istehsal üsulu və siniflər üzərində formalaşmış güc münasibətləri arasında çox açıq bir səbəb-nəticə əlaqəsi var. Buna görə, Covid-19-dan sonrakı dövrlə bağlı layihələr hazırlamağa başlamazdan əvvəl bu güc münasibətlərini dəyişdirmək üçün planlar hazırlamaq lazımdır. Bu güc münasibətləri bizi bura gətirdi və bunun bizi Covid-19-dan sonra daha yaxşı bir vəziyyətə gətirməsi üçün heç bir səbəb yoxdur.

Əksinə, bu güc münasibətlərinin subyektləri öz maraqlarını güdərkən, böyük ehtimalla, ölkələri və dünyanı xaosa sürükləyəcəklər.

Birincisi, Covid-19 başlayanda həm ölkələrin daxilində, həm də beynəlxalq səviyyədə kapitalizm böhrana uğradı. Zəif səmərəlilik və aşağı düşən mənfəət dərəcələri tələbatın olmamasına gətirib çıxarır və bu şəraitdə kapitalist müəssisələri yalnız artan kredit və spekulyasiya üzərində yaşaya bilirdilər 2007-2008-ci illərdəki maliyyə böhranından bəri bu tendensiya zəifləməmiş, əksinə güclənmişdi. Keçən həftə “Financial Times”da çıxan iki yazı əsl vəziyyəti ortaya qoyur:

1. “Hədsiz çox olan nağd pul az arzulanan varlığın arxasınca gedir. Məhsuldar şəkildə istifadə olunmadıqda likvidliyə, pula və spekulyasiyaya gedir, aktivlərin qiymətlərini şişirdir”.

2. “Onsuz da çox borcu olan müəssisələr daha çox borc almaqla yaşamağa çalışırlar”.

Bu iki qeyri-sabit tendensiya yenə 2007-2008-ci illərdəki kimi yeni iqtisadi və siyasi (aktivlərin qiymətlərinin infilyasiyaya uğraması gəlir bölgüsünü korlamağa davam edir) sarsıntılar yarada bilər.

Bu, xaos meylinin bir üzüdür, digər üzündə isə beynəlxalq proseslər davam edir. Bununla bağlı olaraq Hindistan hökumətinin keçmiş baş məsləhətçisi, Peterson İnstitutu və Harvard Kennedi Məktəbindən Arvind Subramanianın “Project Syndicat”dakı maraqlı bir yazısında deyilir:

“Covid-19 böhranı 3 sahədə dönüş nöqtəsi oldu: Avropaya inteqrasiya layihəsinə son qoydu, ABŞ artıq birləşmiş və işlək halda deyil, Covid-19 Çin dövləti ilə xalq arasındakı ictimai razılaşmaya son qoydu. Başqa sözlə, dünyanın ən önəmli güc mərkəzləri artıq dünyaya nizam gətirməyə qadir deyillər.

Subramanian öz məqaləsini: “ABŞ, Avropa və Çində inkişaf edən bu şeylərin bitməsi ilə bağlı düşüncələr özündə olduqca qaranlıq geosiyasi ehtimallar daşıyır”, qeydi ilə bitirib. Bütün dünyadakı sol hərəkatlar ən azı hakim güc münasibətlərinə təsir göstərə bilməsələr, Covid-19-dan sonra sivilizasiyamızı uzun bir xaos dövrünün gözlədiyini deyə bilərik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Abşeron rayonunda “Bilik günü” şəhid övladları ilə birgə qeyd edilib

Ən çox oxunanalar