Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konstitusiya Məhkəməsi növbədənkənar seçkiləri məqbul saydı

Parlamentin buraxılması ali qanuna uyğun sayıldı...

Parlamentin buraxılması ali qanuna uyğun sayıldı; prezidentin müvafiq sərəncamından sonra parlament seçkisinin tarixi bilinəcək; MM qanunvericilik fəaliyyətini dayandırdı, amma...
Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Prezidentinin sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsi Plenumu iclas iştirakçılarının çıxışlarını dinlədikdən sonra müşavirəyə gedib. Müşavirədən qayıdan KM Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərarını elan edib.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin deputatlarının mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin formalaşmasını nəzərə alaraq hesab edib ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması üçün Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş əsası yaradır. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğundur.

Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərə ile ilgili görsel sonucu

Qərarda habelə göstərilib: “Həmçinin qeyd edilməlidir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcələrlə saxlanılması zəruridir. Bununla əlaqədar qeyd edilməlidir ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Prezidenti Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və dövlətlər arasında Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqə verir. Konstitusiyanın 112-ci maddəsinə görə, Azərbaycan Prezidenti təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama, habelə dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıq müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verir.

Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərə ile ilgili görsel sonucu

Göründüyü kimi, Milli Məclisin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün, Azərbaycan Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması üçün və digər bu kimi həyati funksiyaların həyata keçirilməsi ilə bağıdır. Bu səbəbdən həmin funksiyaların icrası ilə bağlı Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir. Eyni zamanda Milli Məclisin deputatları Azərbaycanlın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisin yeni çağırışı fəaliyyətə başlayana qədər müstəsna olaraq Konstitusiyanın 111 və 112-ci maddələrində, 95-ci maddəsinin birinci hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş və bu kimi digər səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyaların həyata keçirilməsi üçün Beşinci Çağırış Milli Məclisin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinə uyğun hesab edilməlidir.

- Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uğun hesab edilməlidir.

Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinin birinci bəndini, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 52, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu qərara alır:

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinin birinci maddəsinə uyğun hesab edilsin.

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir".

Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev ile ilgili görsel sonucu

APA-nın məlumatına görə, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclas da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.

Beləliklə, indi gözlər prezidentin növbədənkənar seçkilərin elan edilməsi barədə müvafiq sərəncamının imzalanmasına dikilib. Güman edilir ki, yaxın günlərdə prezident parlamenti rəsmən buraxacaq və növbədənkənar seçkilərin elan olunması barədə sərəncam imzalayacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar