Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koalisiya qalmaqalı böyüyür: "Etibar Məmmədov boyundan böyük şeylər danışır" - İqbal Ağazadə

AMİP lideri Etibar Məmmədovun rəhbərliyi altında müxalifət partiyalarından ibarət seçki koalisiyası yaradılacağı barədə yayılan xəbərlər müzakirələrə səbəb olub.

Bu məlumatlara ən sərt reaksiya isə Ümid Partiyasının sədri İqbal Ağazadədən gəlib.

İqbal Ağazadə bu barədə sosial şəbəkədə bunları yazıb:

"Etibar Məmmədov boyundan böyük şeylər danışır. Bu xalq Etibarın nə Lefertovadan çıxdıqdan sonra üzərinə qoyulmuş vəzifəni, (AXC-ni parçalamağın), nə LaçınŞuşanın verilməsindəki, nə də 1993-cü il qiyamındakı rolunu əsla unutmayıb. İstəsə, danışarıq. Siyasətdən hansı şərtlərlə getdiyi də bəllidir. Danışanda ərkanı gözləsin".

Qeyd edək ki, AMİP yayılan məlumatları artıq təkzib edib. Belə ki, AMİP Siyasi Şurasının üzvü Əli Orucov özünün "Facebook" hesabında məsələ ilə bağlı paylaşım edərək son günlər yayılmış bu informasiyaları “uydurulmuş xəbər” adlandırıb.

O, bu barədə ilk xəbəri yayımlayan saytın əməkdaşını günahlandırıb və İqbal Ağazadənin açıqlamalarına sərt reaksiya verib:

"Bu barədə qeyri ciddi və əsassız bir məlumat uydurub yayıb. Özünü siyasətçi adlandıran bəziləri də bu şaiyə ətrafında ciddi- ciddi güya ki, fikir səsləndiriblər. Həm də özlərində müştəbehlik edərək. Bunlardan biri də Ümidin sədri İqbal Ağazadədir. İ.Ağazadə elə danışır ki, xalqın millətin ümidi elə onun "Ümid"inə bağlıymış və özü də yekə bir siyasətçiymiş. R.Mehdiyevin və MTN-nin hesabına və bir şilləyə lideri dediyi şəxsi satdığına görə deputat mandatı almaqla böyük siyasət adamı olmaq olmur. Etibar bəyin hər müsahibəsi belələrini möhkəm silkələyir və səksəkəyə salır. Pusquda durmaqda davam edin".(bakupost)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb

Ən çox oxunanalar