Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev Moskvanın hücumunun qarşısını ala biləcək?.. - Hərbi ekspertlərin şərhləri

Rusiyanın tez bir zamanda Ukraynanın əsas şəhərlərini işğal edə biləcəyinə ehtimal vermək olar?..

Üzeyir Cəfərli: “Mənim Ukrayna silahlı qüvvələrinin hazırlığı ilə bağlı hər hansı bir narahatçılığım yoxdur. Amma sözsüz ki, Ukrayna özünü müdafiə edəcək”.

Ədalət Vrdiyev: “NATO bu məsələdə təsirli bir müdaxilə etməzsə, Ukraynanın böyük hissəsinin işğal altında qala biləcəyi ehtimalı çox böyükdür”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərli Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Rusiya Ukraynaya qarşı müharibə başlatdı və artıq Rusiya ordusu hər tərəfdən Ukraynaya qarşı hücum edir. Ukrayna ordusunun gücü və döyüş qabiliyyəti barədə nə demək olar? Kiyev Rusiyanın hücumunun qarşısını nə qədər ala bilər və Rusiyanın tez bir zamanda Ukraynanın əsas şəhərlərini işğal edə biləcəyinə ehtimal vermək olar?

Rusiya-Ukrayna müharibəsini PİA.az-ın əməkdaşı hərbi ekspertlər Üzeyir Cəfərlinin və Ədalət Verdiyevin fikirlərini öyrənib.

Üzeyir Cəfərli: “Ukrayna xalqı sona qədər mübarizə aparacaq. Rusiya da bunun acısını yaxın saatlarda hiss edəcək”.

Nə qədər çətin olsa da, Ukrayna ordusunun Rusiya ordusuna ağır zərbələr vuracağını düşünən ekspert PİA.az-a bildirib ki, hər iki tərəfdən çoxlu itkilər olacaq:

“Mənim Ukrayna silahlı qüvvələrinin hazırlığı ilə bağlı hər hansı bir narahatçılığım yoxdur. Amma sözsüz ki, Ukrayna özünü müdafiə edəcək. Ukrayna tərəfindən itkilər var. Artıq bu haqda Ukrayna Müdafiə Nazirliyi xəbər verdi.

Bu məsələnin Rusiya üçün həm hərbi, həm də siyasi nəticələri olacaq. Yəni bu müharibə Rusiya üçün ən böyük səhvlərdən biri olacaq. Çünki bütün dünya Rusiyadan bu avantüradan əl çəkməyi xahiş etdiyi halda Putin müharibə qərarı verdi. Bu qərar da Rusiyanın həddindən artıq zəifləməsinə gətirib çıxaracaq.

Ukrayna ordusu hazır vəziyyətdədir və ukraynalılar öz torpaqlarındadırlar. Ukrayna öz ərazisini müdafiə edir. Bütün dünya da bunu başa düşür. Amma Rusiyadan soruşmaq lazımdır ki, sənə nə düşüb seperatçı qurumları dəstəkləyirsən, onlara hayan durursan.

Üzeyir Cəfərli: “Bu müharibə Rusiya üçün ən böyük səhvlərdən biri olacaq. Çünki bütün dünya Rusiyadan bu avantüradan əl çəkməyi xahiş etdiyi halda Putin müharibə qərarı verdi”.

Düşünürəm ki, nə qədər çətin olsa da, Ukrayna ordusu Rusiya ordusuna ağır zərbələr vuracaq. Hər iki tərəfdən çoxlu itkilər olacaq. Əgər aktiv döyüş əməliyyatları dayandırılmasa, itkilər daha da artacaq. Ukrayna ordusu 2014-cü ildəki ordu deyil. Ukrayna ordusu xeyli müasir silah alıb və hazırlıq keçib. Həm maddi, həm də mənəvi haqq Ukrayna tərəfindədir. Buna görə də Rusiya üçün çox çətin olacaq. Rusiya bu müharibəyə getməməli idi. Amma təəssüflər olsun ki, getdi. Gün ərzində biz maraqlı xəbərlırin şahidi oıacağıq.

Rusiyanın Ukraynanın şəhərlərini işğal edəcəyini deyənlər çox böyük səhvə yol verirlər. Tutaq ki, Rusiya Ukraynanın şəhərlərini işğal etdi. Nə edəcəklər orada? Necə yaşayacaqlar, oranı necə idarə edəcəklər? Ukrayna xalqı Rusiyanın işğalçılıq siyasətinə boyunmu əyəcək? Ukrayna balaca dövlər deyil və əhalisinin sayə 40 milyondan artıqdır.

Buna görə düşünmürəm ki, Rusiya öz məqsədinə çatsın. Bu sadəcə olaraq Putin avantürasıdır. Kim düşünür ki, Qərb Gürcüstan, Krım kimi yenə sakit mövqe tutacaq, onlar səhv edirlər. Bu dəfə fərqli vəziyyətdir. Ukrayna xalqı sona qədər mübarizə aparacaq. Rusiya da bunun acısını yaxın saatlarda hiss edəcək”.

Ədalət Vrdiyev: “Ukrayna demək olar ki, Rusiya kimi böyük imkanlara malik ölkənin hərb maşınlarına qarşı tək başına savaş aparır”.

Hərbi ekspert Ədalət Verdiyev isə hesab edir ki, Ukraynanın Rusiyaya qarşı ciddi müqavimət göstərmək üçün gücü və imkanları kifayət etməyəcək:

“Ukrayna son illərdə silahlanmaya kifayət qədər ciddi diqqət ayırsa da, bu Rusiyaya qarşı ciddi müqavimət göstərmək üçün kifayət etməyəcək. Hazırda NATO tərəfindən yalnız sanksiyalar və məhdud silahlarla dəstəklənən Ukrayna demək olar ki, Rusiya kimi böyük imkanlara malik ölkənin hərb maşınlarına qarşı tək başına savaş aparır. Ölkənin perimetri üzrə bir çox şəhərlərə, xüsusilə bu şəhərlərdə yerləşən hərbi infrastrukta, aerodramlara, yanacaq bazalarına kütləvi atəş zərbələri endirilir.

İlk növbədə hücumlar Xarkov istiqamətində olacaq. Odessanın liman şəhəri olduğuna görə Rusiyanın ilk ələ keçirəcəyi şəhər olacağı ehtimalı böyükdür. Mariopul istiqamətində hücumlar geniş vüsət alacaq. Ümumillikdə isə Ukraynanın bütün perimetri üzrə sərhədlərə yaxın olan şəhərlərinin, o cümlədən Kiyevin Rusiya tərəfindən ələ keçirilməsi ehtimalı böyükdür.

NATO bu məsələdə təsirli bir müdaxilə etməzsə, Ukraynanın böyük hissəsinin işğal altında qala biləcəyi ehtimalı çox böyükdür. Əgər NATO müdaxilə etməsə və Rusiyanı dayandırmasa, biz yaxın aylarda RusiyaNATO sərhədlərində görə biləcəyik. Bu sərhədlərə Ruminiya, Polşa da daxildir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Ən çox oxunanalar