Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Çen In sevimli qızını özünə varis hazırlayır

Ekspertlər hesab edir ki, yeniyetmə Kim Çju E gələcəkdə atasının varisi ola bilər…

Son zamanlar Kim Çen In qızı ilə tez-tez ictimaiyyət qarşısına çıxmağa başlayıb. Hələlik Qərb jurnalistlərindən heç biri onun adının nə olduğunu və neçə yaşında olduğunu dəqiq deyə bilməsə də, onun qəfil ictimai PR-ı KXDR rəhbərinin onu varis kimi hazırlaması anlamına gələ bilər.

PİA.az xəbər verir ki, bu barədə NYtimes yazıb.

Qeyd edilir ki, yeni il ərəfəsində Şimali Koreyanın dövlət mediası balaca qızcığazın və Kimin nüvə raket qurğusunu ziyarət edərkən çəkilmiş tarixsiz fotolarını yenidən yayımlayıb. Kim Çen In qızının yaşını və adını hələ açıqlanmayıb. Onu sadəcə olaraq Kim Çen Inın “ən sevimli qızı” adlandırırlar.

Şimali Koreya monarxiya olmasa da və onun liderinin hakim Fəhlə Partiyasının qurultayında seçildiyi iddia edilsə də, Kimlər İkinci Dünya Müharibəsinin sonunda qurulandan bəri ölkəni şəxsi ailə biznesi kimi idarə edir və hakimiyyət atadan oğula keçir.

Kim Çen Inın həm babası, həm də atası ölənə qədər hakimiyyətdə olub. Gələn bazar ertəsi 39 yaşı tamam olacaq Inın özü isə artıq 11 ildir hakimiyyətdədir və çətin ki, yaxın gələcəkdə hakimiyyəti tərk etsin.

Buna baxmayaraq, ondan sonra kimin hakim olacağı və KXDR-in sürətlə böyüyən nüvə arsenalına kimin nəzarət edəcəyi sual olaraq qalır.

Şimali Koreyada varislik planları ilə bağlı fərziyyələr Seul və Vaşinqtonun bu həftə ABŞ-ın bütün müdafiə imkanlarından istifadə edərək Şimali Koreyanın artan nüvə təhlükəsi ilə necə mübarizə aparacağını müzakirə etdikləri zaman ortaya çıxıb.

Təxminlər və ehtimallar oyunu Şimali Koreyanın 18 noyabr 2022-ci il tarixində Xvason-17 qitələrarası ballistik raketinin sınaq buraxılışından sonra başlayıb.

Ertəsi gün Şimali Koreya dövlət mediası Kim Çen Inın qızı ilə birlikdə raketin buraxılışını izlədiyini bildirib. Fotolarda Kimin əlindən tutan ağ gödəkçəli qızın sınaq meydançasından keçərkən görüntülənib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar