Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi

Keçmiş nazir mülkiyyətində olan torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırıb...

PİA.az Criminal.az-a istinadən xəbər verir ki, keçmiş əmək və əhalinin sosial müdafiə naziri Fizuli Ələkbərov iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.

İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsidir.

Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bakı şəhər Səbail rayon Məhkəməsində iddia hakim Mədinə Bağırovanın icraatına verilib.

İddiaçının ərizəsinə əsasən iddianın təmin etmə tədbiri tətbiq edilib və torpaq sahəsindən cavabdehin istismarı qabağan edilib. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verib.

Bakı Apellyasiya Məhkəməsində qərardaddan verilən şikayətə hakim Fuad Babayevin sədrliyi ilə 18 iyun 2019-cu il tarixində baxılıb və qüvvədə qalıb. Hazırda Səbail rayon Məhkəməsində işə baxılır.

Cavabdeh şirkətin rəhbəri Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır.

Mandatını girov qoyub borc götürən deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun da "Lombard Məlahət”ə külli miqdarda borcu var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Ən çox oxunanalar