Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantində yazılan 800-1000 manatlıq cərimələr: Axırı necə olacaq?

Pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara müxtəlif məbləğdə cərimələr tətbiq olunur. Həmin şəxslər arasında dəfələrlə qaydaları pozub cərimələnənlər var. Sosial şəbəkələrdə aparılan müzakirələrə görə 600, 800, hətta 1000 manat məbləğində cərimə ödəməli olan şəxslər var. Onlar iddia edirlər ki, cərimə ödənişini gecikdirdikləri üçün üzərinə faiz gəlib. Bundan başqa, bildirirlər ki, “ASAN xidmət” mərkəzlərindən hər hansı sənəd aldıqda, onların qarşısına cəriməni ödəmək tələbi qoyulur.

Deyilənlərin doğru olub-olmamasını aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Bununla bağlı qurumun Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az -a bildirib ki, tətbiq olunan cərimələr bütün hallarda ödənilməlidir:

“İnzibati xəta tərkibli bu halla bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs inzibati tənbeh tədbirində tətbiq olunan o cərimə məbləğini ödəməlidir. Bu qanunvericiliyin tələbidir. Gecikdirilmiş cəriməyə görə əlavə ödəniş, yaxud faiz tətbiq olunmur. Sadəcə ödənilmədiyi halda probasiya xidmətinə yönəldilir.

Pandemiya şəraitində mövcud karantin rejimi qaydalarının qorunması və gözlənilməsi hər kəsə şamil olunan məsələdir. Tibbi maskadan istifadə ilə bağlı normalar müəyyən olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada tibbi maskalardan istifadə ilə bağlı qərarı ləğv olunsa da, hazırda qapalı məkanlarda maskadan istifadə və sosial məsafənin gözlənilməsi qüvvədə saxlanılıb. Yəni bütün qapalı məkanlarda nəzərdə tutulub. Qaydalara əməl etməyən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunduqda onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar