Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kahramanmaraşda zəlzələdə 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i hələ də dağıntılar altında qalıb

"Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ zamanı 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i dağıntılar altında qalıb".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kahramanmaraşda dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbənin vəziyyəti hazırda yaxşıdır: "Kahramanmaraş Sütçü İmam Universitetində 60-a yaxın azərbaycanlı tələbə vardı. Zəlzələ baş verən zamanı universitetin tələbəsi Göyçə Baxşəliyeva dağıntılar altında qalnışdı. Təbii fəlakətdən 30 saat sonra o, dağıntılar altından sağ çıxarıldı. Hazırda vəziyyəti yaxşıdır, müalicə olunur. Müalicəsi yekunlaşandan sonra Azərbaycana təxliyə ediləcək. Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə buradakı digər tələbələrimizi avtobus vasitəsilə Azərbaycana təxliyə etdik. Təxminən 50-dən çox tələbəni zəlzələdən sonra Azərbaycana yola saldıq".

"Kahramanmaraşda hadisə zamanı 2 Azərbaycan vətəndaşı ölüb. Biri şəhərin Elbistan rayonuna, digəri digəri isə şəhər mərkəzində dağıntılar altında qalaraq vəfat etdi. Onlar dağıntılar altından çıxarıldı və meyitləri səfirliyimizin əməkdaşları ilə birlikdə Azərbaycana göndərildi. Hazırda isə Kahramanmaraşda dağıntılar altında bir Azərbaycan vətəndaşı qalıb. Qadının qızı buradadır. Həmin xanımla dünən danışmışam və anasının hələ də dağıntılar altında qaldığını bilidirir. Hər gün Azərbaycan səfirliyi vətəndaşımızla əlaqə saxlayır. Həmin qadın oradan çıxarıldıqdan sonra Azərbaycana təxliyə ediləcək", - H.Əmirli vurğulayıb.

poliqon.info


Etiket: zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Ən çox oxunanalar