Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa ediləcək? - Açıqlama

Xəbər verdiyimiz sərt karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, SiyəzənŞəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq avqustun 5-nə kimi uzadılıb. Qeyd edək ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Avqustun 5-dən sonra kafe və restoranların fəaliyyətinə icazə veriləcəkmi?

Bununla bağlı Konkret.az-a danışan sabiq deputat İqbal Məmmədov bildirib ki, sərt karantin rejimin uzadılması çox düzgün qərardır: “Operativ Qərargah karantin rejimi ilə bağlı qərarlar qəbul edərkən əsasən yoluxanların, sağalanların artıb-azalma dinamikasını, Bakıda və bölgələrdə pandemiya ilə bağlı mövcud vəziyyəti analiz edir.

Artıq sərt karantin rejiminin müsbət nəticələri hiss olunur. İyulun 17-də 471 nəfər koronavirus infeksiyasına yoluxub, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu nəticə bir daha onu göstərir ki, qəbul edilən bütün qərarlar insanlarımızın sağlamlığının qorunmasına xidmət edir. Bilirsiniz ki, bu dəfə sərt karantində sms icazənin vaxtı 3 saata uzadılıb. Bundan əlavə iyulun 20-dən bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verildi. Əgər növbəti iki həftə sərt karantin rejimində yoluxanların sayındakı azalma dinamikası davam edərsə, növbəti yumşalmada kafe və restoranların fəaliyyətinə icazə verilə bilər. Təbii ki, hər şey insanlarımızın qoyulan qaydalar və verilən tövsiyələrə nə qədər əməl etməsindən asılı olacaq”.

İqbal Ağazadə vurğulayıb ki, “Artıq insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlayır. Son günlərin statistikası bunu bir daha sübut edir”.

pia.az 


Etiket: Kafe


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ən çox oxunanalar