Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov İlham Əliyevdən yardım istədi - “Susa bilmərik...”


Çeçenistan lideri Ramzan Kadırov müsəlman ölkələrinin liderlərindən yardım istəyib


Kadırov instagram hesabında bildirib ki, Əfqanıstan, İraq, Suriya, Fələstin, Liviya, Yəmən, Əlcəzair, Sudan, Somalidə 10 minlərlə müsəlmanın öldüyü bir şəraitdə islam ölkələrinin susmağa, kənara çəkilib müşahidəçi olaraq baxmağa haqqı yoxdur: 

“21-ci əsrdir. Qərb və ABŞ yüksək tribunalardan demokratiya, insan haqları haqda danışırlar, əmin edirlər ki, insan həyatından dəyərli heç nə yoxdur. Lakin praktikada onlar Əfqanıstan, İraq, Suriya, Fələstin, Liviya, Yəmən, Əlcəzair, Sudan, Somalidə və digər ölkələrdə 10 milyonlarla müsəlmanın faciəsində rol oynayırlar. ABŞAvropa bu ölkələri dağıtdılar, iqtisadiyyatı məhv etdilər, uzunmüddətli daxili münaqişələrə səbəb oldular, çarəsiz insanları qaçqın həyata yaşamağa məcbur etdilər. Bu gün aclıq və müharibədən xilas olmağa çalışan 100 minlərlə insan Avropaya keçməyə çalışır. Lakin onlar Aralıq dənizində avtofurqonlarda boğularaq ölürlər. Dəniz minlərlə afrikalı və asiyalı üçün qəbirstanlığa çevrildi. BMT baş katibi Pan Gi Mun, Avropa ölkələrinin prezident və nazirləri bildirirlər ki, “narahatdırlar”. 

Bu gün 10 minlərlə müsəlman qadın, uşaq və gənclər ölürlər. Bu şərtlər altında islam ölkələrinin liderləri susmaq, müşahidəçi qismində bir kənara çəkilmək mövqeyi tuta bilməzlər. Qiyamət günü buna görə sərt sorğu-sual olacaq. 

Bu səbəbdən Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Oman, Bəhreyn, Küveyt, İordaniya, İndoneziya, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və digər müsəlman ölkələrinin liderlərini inanc qardaşlarının müdafiəsinə çağırıram. əgər bu gün Qərbin qeyri-insani siyasətinə qarşı çıxmasaq, sabah bəla istənilən islam ölkəsinə gələ bilər”.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Maşında siqaret çəkməyin zərərləri – Yalnız qoxu ilə əlaqəli deyil

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Ən çox oxunanalar