Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizm yaratması təklif edilib

Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb. Edili və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqişə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib”.

PİA.az-ın məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl bildirib.

Həbib Mikayıl deyib ki, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı hallar hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün küitləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir: “Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın AzərbaycanErmənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”.

Həbib Mikayıl qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil: “BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək AzərbaycanErmənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”.

Həbib Mikayıl nəzərə çatdırıb ki, AzərbaycanErmənistanın bu sahədə səmimi əməkdaşlığı ən effektiv yol ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar