Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyada helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

İtaliyanın cənubundakı Focca şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb...

“Report” xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Məlumata görə, ölənlərdən 5-i Sloveniyadan olan turistlərdir, onların hamısı bir ailənin üzvləridir və aralarında 13 yaşlı qız da var. Eyni zamanda, daha 2 nəfər - pilot və yerli həkim olan digər şəxs də ölüb.

Qeyd olunur ki, helikopter Tremiti adalarından havaya qalxıb. Turistlər ora hadisədən bir gün əvvəl gəliblər və əlverişsiz hava şəraiti səbəbindən həmin gün geri qayıda bilməyiblər. Qayıdış bir günlüyə ertələnib. Dənizdə hərəkətin qəliz olmasına görə ada xəstəxanasında növbəsini başa vuraraq evinə qayıdan həkim də helikopterə minməyi üstün tutub.

Qəzanın səbəbləri araşdırılır. Hadisə zamanı Tremiti bölgəsində tufan qopduğu da məlumdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Ən çox oxunanalar