Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Şoyqu özəl hərbi şirkətlərə nəzarət edə bilmir...

Rusiya Müdafiə Nazirliyi nüfuzlu məmurlar və iş adamları ilə əlaqəsi olan bəzi özəl hərbi şirkətlərə tam nəzarəti ələ ala bilmir...

Poliqon xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Hesabatda qeyd edilir ki, xüsusilə, Sergey Şoyqunun nazirliyi “Konvoy” özəl hərbi şirkətini cilovlamaqda çətinlik çəkir. Rusiyanın müxalif “Dossier” nəşrinin məlumatına görə, qrupu Rusiya dövlət bankı VTB vasitəsilə prezident Vladimir Putinin uzun müddətdir tərəfdaşı olan Arkadi Rozenberq maliyyələşdirir. Krımın işğalçı rəhbəri Sergey Aksyonov bu şirkəti siyasi cəhətdən dəstəkləyir.

“Konvoy” tərəfindən yaraqlıların cəlb edilməsi 2022-ci ilin noyabrında başlayıb. Muzdlular ya birbaşa “Konvoy”la, ya da Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinə daxil olan Rusiyanın 150-ci motoatıcı diviziyası ilə müqavilələr bağlayırlar. Bununla belə, de-fakto olaraq şirkət bu bölməyə tabe deyil və Ukraynada öz məsuliyyət sahəsinə və öz komanda heyətinə malikdir.

Bildirilir ki, “Konvoy” Krımın işğal olunmuş Perevalnoye kəndində yerləşir və hazırda Xerson istiqamətində fəaliyyət göstərir. 2023-cü ilin yayına olan məlumata görə, şirkətdə ayda 200-300 min rubl (2030-3045 ABŞ dolları) maaş alan 400 silahlı var.

“Konvoy” özəl hərbi şirkətinə davamlı özəl maliyyə və siyasi dəstək verilir. O, Ukraynada Müdafiə Nazirliyinin komandanlıq strukturundan ayrı fəaliyyəti göstərir. Müdafiə Nazirliyi nizamsız birləşmələri Rusiya ordusuna tam inteqrasiya etmək niyyətində olmasına baxmayaraq, edə bilmir", deyə ISW qeyd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Ən çox oxunanalar