Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda son bir ayda 21 min əcnəbi deportasiya edilib

Son bir ay ərzində İstanbul rəsmiləri şəhərdə yaşayanlar arasından Türkiyədə olmaq üçün qanuni əsası olmayan 21 min əcnəbini müəyyən edib...

“Report” “Star” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir qeyd edib ki, səyyar miqrasiya keçid məntəqələri layihəsi sayəsində qeyri-leqal immiqrantları aşkar etmək mümkün olub. Bu layihə İstanbulda pilot layihə kimi sınaqdan keçirilir. Polis operativ qaydada və yerindəcə əcnəbilərin barmaq izlərini və sənədlərini yoxlamaq imkanı əldə edib. Yoxlanış üçün saxlanılan şəxs şəxsiyyət vəsiqəsini təqdim edə bilmirsə və sistemdə əcnəbilərin ölkəyə girişi zamanı götürülən barmaq izi tapılmırsa, qanun pozucusu əlavə yoxlama üçün miqrasiya şöbəsinə aparılır.

“21 min əcnəbinin Türkiyədə olmaq üçün qanuni haqqı olmadığını, yəni qeyri-qanuni mühacir olduğunu müəyyən etmişik. Onlar barəsində deportasiya proseduru başlatmışıq və onlar ölkədən çıxarılıblar”, - “Star” qəzeti Yerlikayanın sözlərindən sitat gətirib.

Nazir onu da bildirib ki, hazırda Türkiyədə 4,8 milyon insan miqrant statusundadır. Onlardan 1,2 milyonu qanuni yaşayış icazəsinə sahib olanlardır. 290 mindən çox miqrant mühafizə altındadır. Türkiyədə 3,3 milyon suriyalı müvəqqəti himayə altında yaşayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ən çox oxunanalar