Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin HƏMAS-la müharibəsi üç mərhələli olacaq

İsrailin müdafiə naziri Yoav Qalant Təl-Əvivdə Knessetin Xarici Əlaqələr və Müdafiə üzrə iclası zamanı HƏMAS qruplaşması ilə müharibənin üç mərhələ\sindən danışıb...

Poliqon xəbər verir ki, bu barədə The Times of Israelnəşri məlumat yayıb. Müdafiə nazirinin sözlərinə görə, İsrail ordusunun (IDF) məqsədi HƏMAS qruplaşmasını tamamilə məhv etməkdir.

Qalanta görə, bu məqsədə nail olmaq üçün müharibə üç mərhələdə aparılacaq. O, vurğulayıb ki, birinci mərhələ Qəzzanın kütləvi hava hücumlarına məruz qoyulması və daha sonra “HƏMAS-ı məğlub və məhv edəcək quru əməlyyatın keçirilməsidir.

Nazir qeyd edib ki, ikinci mərhələdə atəş və quru əməliyyatları o qədər də intensiv olmasa da, davam edəcək. O, ikinci mərhələdə ordunun müqavimət ocaqlarını aradan qaldırmaq üçün çalışacağını bildiribi.

Son, üçüncü mərhələ, “Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması, İsrailin anklavda gündəlik həyat üçün məsuliyyətinin götürülməsi və İsrail vətəndaşları və bütün dünya üçün yeni təhlükəsiz həyatın yaradılması” olacaq.

Qeyd ed\k ki, İsrail Qəzza zolağı ilə müharibənin ilk günündən quru hərbi əməliyyata başlamağı planlaşdırır, lakin hücum bir neçə dəfə təxirə salınıb. Bu gün bildirilib ki, artıq quru əməliyyat üçün qərar verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar