Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildən Moskvaya cavab: Heç kim bizə mühazirə oxumasın...

Rəsmi Qüds Rusiya hakimiyyətindən “mühazirə oxumamağı” istəyib. Bu, Moskvanın İsrailin Ukraynadakı səfiri Mixael Brodskini “nasizmi tərənnüm etməkdə” ittiham edən bəyanatına cavab olub...

Poliqon xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmisi Liora Hayata Twitter səhifəsində yazıb.

“Yəhudilərin qətlində nasistlərlə əməkdaşlıq edən cinayətkarların qəhrəmanlaşdırılmasına qəti şəkildə qarşı çıxan və rədd edən İsrailin siyasətində heç bir dəyişiklik yoxdur. Heç bir tərəf İsrail Dövlətinə, İsrail Xarici İşlər Nazirliyinə və ya diplomatlarına tarixi təhrif etməklə Holokost və ya müharibənin xatirəsini qoruyub saxlamağın vacibliyi barədə mühazirə oxumamalıdır”, deyə bəyanatda deyilir.

Qeyd edək ki, bu günlərdə İsrailin Ukraynadakı səfiri Mixael Brodski müsahibə verərək, tarixi fərqlərə baxmayaraq, Qüdsün Ukraynanı dəstəklədiyini bildirib. O, 20-ci əsrin ukraynalı millətçiləri Stepan Bandera, Roman Şuxeviç və Andriy Melnikin fəaliyyətlərini nəzərdə tutaraq bu açıqlamanı verib.

İTON-TV-yə müsahibə verən Mixael Brodski deyib ki, İsrailin Stepan Bandera, Roman Şuxeviç və Andriy Melnikə baxışı əksər ukraynalıların baxışından çox fərqlidir: “Amma Ukrayna bu gün nəhəng faciə yaşayır, hücuma, təcavüzə məruz qalıb və təbii ki, öz şəxsiyyətini, qəhrəmanlarını axtarır. Təbii ki, bu qəhrəmanları bəyənmirik, amma əksər ukraynalılar üçün onlar müstəqillik uğrunda mübarizə aparan qəhrəmanlardır”.

Səfir vurğulayıb ki, İsrail öz fikrini gizlətmədən bildirir. Bununla belə, o xatırladıb ki, Stepan Bandera adına təkcə Ukraynada deyil, ABŞ-da da küçələr var:

“Və mənə elə gəlir ki, Ukraynaya dəstəyimizi və Ukraynaya yardımımızı Ukraynanın küçələrin adlarının dəyişdirilməsini dayandıracağı və ya Bandera və Melniki qəhrəman adlandırmağı dayandıracağı ilə şərtləndirmək düzgün olmazdı. Əgər siz hər şeyə real baxsanız, o zaman bu, əlbəttə ki, olmayacaq”.

Bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova israilli diplomatı “nasistləri dəstəkləməkdə” ittiham edib: "1930-cu illərdə Hitlerə himayədarlıq edənlər belə düşünürdülər. Yeri gəlmişkən, onlar əsasən anqlosakslar idi”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Ən çox oxunanalar