Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusunun Qəzzadakı əməliyyatları yanvara qədər davam edəcək

ABŞ İsrail ordusunun Qəzzanın cənubundakı hərbi əməliyyatının yanvar ayına qədər davam edəcəyinə inanır...

ABŞ rəsmiləri İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubunu hədəf alan quru əməliyyatının hazırkı mərhələsinin yanvar ayına qədər davam edəcəyini gözləyir.

Poliqon xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bundan sonra isə İDF Fələstin HƏMAS hərəkatının ayrı-ayrı liderləri və yaraqlılarına qarşı “cərrahi zərbələr” həyata keçirməyə başlayacaq.

Mənbələrdən birinə görə, ABŞ səlahiyyətliləri İsrail ordusunun hərəkətlərinin yaxın bir neçə həftə ərzində nəyə gətirib çıxaracağından narahatdırlar. CNN bildirir ki, ABŞ, İsraili anklavın şimalında istifadə edilən və çoxsaylı mülki itkilərə səbəb olan “dağıdıcı taktikaları” təkrarlamamaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, dekabrın 5-də İDF HƏMAS-la müharibənin üçüncü mərhələsinə keçdiyini elan edib. Bu mərhələdə İsrail ordusu şimalda Fələstin hərəkatının bir çox dayaq məntəqələrini ələ keçirdikdən sonra cənubda hücuma keçdiyini bildirib. Döyüşlər həmçinin Qəzza zolağının cənubundakı ən böyük şəhərdə - İsrail kəşfiyyatının məlumatına görə, Həmas yaraqlılarının əksəriyyətinin yerləşdiyi Xan Yunisdə gedir.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu bildirmişdi ki, Qəzza zolağı tamamilə silahsızlaşdırılmalıdır və bu prosesi yalnız İD təmin edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

Ən çox oxunanalar