Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail girovların azad edilməsi müqabilində Həmas-a atəşkəs təklif edib

İsrail Fələstinin HƏMAS hərəkatına yaraqlılar tərəfindən girov götürülən 40-a yaxın insanın azad edilməsi müqabilində bir həftəlik atəşkəs təklif edib...

Poliqon xəbər verir ki. bu barədə ABŞ-ın “Axios” nəşri iki İsrail rəsmisinə və vəziyyətlə tanış olan bir mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbələri iddia edirlər ki, İsrail kəşfiyyat xidmətinin rəhbəri David Barnea MKİ-nin direktoru Bill Börns və Qətərin Baş naziri Məhəmməd bin Əbdül-Rəhmanla görüşündə müvafiq təkliflə çıxış edib. “Axios”un məlumatına görə, görüş dekabrın 18-də Varşavada baş tutub.

İsrailin razılaşmanın bir hissəsi olaraq azad etmək niyyətində olduğu girovlar qrupuna HƏMAS tərəfindən saxlanılan qalan qadınlar, 60 yaşdan yuxarı kişilər və təcili tibbi yardıma ehtiyacı olan digər girovlar da olacaq. İsrail həmçinin girovların azad edilməsi müqabilində İsrail həbsxanalarından müəyyən sayda fələstinli məhbusu azad etməyi təklif edib. “Axios” qeyd edir ki, İsrail rəsmilərinə görə, İsrail həbsxanalarında “qoca və xəstə” olan və humanitar müqavilə çərçivəsində azadlığa buraxıla bilən onlarla fələstinli var.

Danışıqların gedişi ilə tanış olan mənbənin bildirdiyinə görə, Qətərin Baş naziri Varşavada keçirilən görüşdə HƏMAS-ın mövqeyini səsləndirib və qeyed edib ki, İsrail girovlarla bağlı danışıqlara başlamazdan əvvəl hücumlarını dayandırmalıdır. Buna cavab olaraq cənab Barnea bildirib ki, HƏMAS silahlarını yerə qoymalı və hərəkat müharibəni dayandırmaq istəyirsə, Qəzza zolağındakı liderlərini İsrailə təhvil verməlidir.

Dekabrın 19-da İsrail prezidenti İsaak Hersoq brifinq zamanı bildirib ki, ölkəsi qalan girovlarının azad edilməsi üçün Qəzza zolağında döyüşlərdə növbəti fasiləyə hazırdır. The Times of Israel qəzeti yazıb ki, HƏMAS hələ də 114-ü kişi, 20-si qadın və iki uşaq 136 nəfəri girov saxlayır. On girov 75 və ya daha yuxarı yaşdadır.

Qeyd edək ki, dekabrın 15-də Qəzza zolağında İsrail əsgərləri səhvən üç qaçan girovu - 28 yaşlı Yotam Haim, 26 yaşlı Alon Şamriz və 24 yaşlı Samar Talalqı güllələyib öldürüblər. Hərbçilər girovların əllərində ağ bayraqla qaçmasına baxmayaraq, onları yaraqlılarla səhv salıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar