Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllıda qoşulub qaçan qadının əri danışdı

İsmayıllıda qadının həyat yoldaşının dostu ilə qaçmasının təfərrüatı məlum olub...

50 yaşlı Məlahət Hacıyeva adlı qadın ərinin dostu ilə Türkiyəyə yox, elə yaşadığı Talıstan kəndinə qaçıb.

M.Hacıyevanın həyat yoldaşı Sərvan Hacıyev Oxu.Az-a bildirib ki, altı ildir Raqub Əhmədovla ailəvi dost olub. Bir müddət əvvəl onun həyat yoldaşı ilə münasibətindən şübhələnib, amma fakt olmadığı üçün bu barədə danışmayıb.

S.Hacıyevin sözlərinə görə, R.Əhmədovun bacıları onlara qonaq gəldiyi gün həyat yoldaşı M.Hacıyevanı da evlərinə dəvət ediblər. Gecə hamı yatandan sonra, M.Hacıyeva R.Əhmədovla mətbəxdə görüşüb. Onlar mətbəxdə qucaqlaşdıqları vaxt R.Əhmədovun həyat yoldaşı bunu görüb. Hadisələrin gedişi bundan sonra sürətlənib.

Belə ki, hadisədən sonra ailəsində ciddi problemləri olan R.Əhmədovun həyat yoldaşı evdən gedib. Bundan sonra M.Hacıyeva onlara köçüb. Hazırda cütlük Talıstan kəndində birlikdə yaşayırlar.

S.Hacıyev onu da qeyd edib ki, kənddə hamı onun həyat yoldaşını öldürəcəyini deyir:

“Oğlum zəng vurub ki, “ata, anamı öldürmüsən? Dayılarım mənə deyir ki, beş gündür bacımızla əlaqə qura bilmirik. Anamı tap”. Deyirəm ki, bala, adam iti öldürməz”.

S.Hacıyevanın sözlərinə görə, həyat yoldaşı ilə məhkəmədə iştirak edib, məhkəmə onlara üç ay əlavə vaxt verib. M.Hacıyeva məhkəmədən çıxandan sonra R.Əhmədova qoşularaq, onun evinə gedib.

S.Hacıyev uşaqları haqqında yazılan məlumatların əsassız olduğunu deyib.

“Oğlum Moskvada işləyir, keçən il martda nişanlanıb. Nişanlısı 11-ci sinifdə oxuyur. Məktəbi bitirdikdən sonra evləndirəcəm. Qızım evlidir. O da çox xoşbəxtdir. Bildirim ki, Raqubun uşaqları və qohumları ondan imtina edib. Mənimlə əlaqə saxlayıb, təsəlli verirlər”.

Qeyd edək ki, R.Əhmədovun həyat yoldaşı S.Hacıyevin əmisi qızı olub.

Xatırladaq ki, İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar