Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş yerində mürgüləməyə rəsmi icazə verilməlidir - Mütəxəssislər

ABŞ hökuməti iş yerində mürgüləməyi qadağan edib...

Ancaq yuxu mütəxəssisləri bu qərara yenidən baxılmasının lazım olduğunu söyləyirlər.

ABŞ-dakı dövlət idarələrində buheç vaxt məmnuniyyətlə qarşılanmasa da, bu günə qədər işdə yatanlar üçün heç bir qadağa tətbiq edilməyib. Amma Amerika Ümumi Xidmətlər İdarəsi tərəfindən bu ayın əvvəlində göndərilən təlimatda deyilirdi:

“Səlahiyyətli şəxsin icazəsi olmadan dövlət binalarında heç kim yata bilməz”.

İş yerində yatmaq bir çoxları üçün təhlükəli ola bilər, ancaq qısa müddətli mürgüləmək işi pozmaq əvəzinə məhsuldarlığı artıra bilər.

Amerika Yuxu Tibbi Akademiyasının və Brighham Yuxu Tibbi Klinikasının prezidenti. Lawrence Epstein, təxminən 70 milyon amerikalıın yuxu pozğunluğundan əziyyət çəkdiyini söyləyir.

Yaxın vaxtlarda 150 min şəxsin iştirakı ilə yeni araşdırma həyata keçirilib. Burada onların yuxu rejimi incələnib. Nəticəyə görə, son on ildə hər gecə 7 saat və ya daha az yatanların sayı artaran 35%-ə çatıb.

Hələ Rand. C tərəfindən 2016-cı ildə dərc edilən bir araşdırmada, yata bilməyən işçilərin ABŞ iqtisadiyyatına ildə 411 milyard dollar zərər verə biləcəyini və məhsuldarlığını itirdiyini ortaya qoyub.Bəzi mütəxəssislər işçilərin iş yerində bir az yatmasına icazə verilməli olduğunu iddia edirlər.

Onların sözlərinə görə, yuxu kəsri olanlar yüksək iş performans göstərmir və iş yerlərində bədbəxt hadisələr riskini artırır. Sağlamlıq problemləri də şirkətlərin xərclərini artırır.

Bəzi ölkələr iş yerlərində qısa mürgüləmələrə icazə verir. Məsələn, Yaponiyada şirkətlər binalarına səs keçirməyən otaqlar qoyurlar ki, uzun müddət işləyən işçilər bir az dincəlsinlər. İşçilər otağa girəndə ayaqqabılarını çıxarırlar və maksimum 20 dəqiqə yata bilərlər. Daha çox yuxuya ehtiyacı olanlar evə göndərilir.

Kanada banklarının birində də bu tip yuxu otaqları quraşdırılıb və işçilərin növbə ilə mürgüləməklərinə icazə verilib.

Yuxusuzluq sağlamlığa da ciddi mənfi təsir göstərir. Belə ki, qeyri-adekvat yuxu ilə əlaqəli xəstəliklərə piylənmə, diabet, ürək xəstəliyi, infarkt, zehni sağlamlıq, narahatlıq və depresiya daxildir.(Medicina)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar