Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq Prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib...

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

APA xəbər verir ki, həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

İphone 16-nın hansı özəllikləri var? - Fotolar

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Relsin üzərində uzandı, qatar üstündən keçdi

Ən çox oxunanalar