Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın raket zərbələri: yüzdən çox Amerika əsgərinin xəsarət aldığı üzə çıxdı

Ötən ay yanvarın 8-də İranın general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı Amerika aviabazasına endirdiyi ballistik raket zərbələrinin nəticəsində yüzdən çox hərbçinin xəsarət aldığı açıqlanıb...

Virtualaz.org xəbər verir ki, Ayn-Əl-Əsəd aviabazasında döyüş başlığı yarım tondan çox olan raketlərin dalbadal partlaması nəticəsində bunkerə sığınmış amerikalı hərbçilərin əksəriyyəti kəllə-beyin travmaları alıblar. Bu haqda “Reuters” bildirir.

Agentlik qeyd edir ki, yaxın zamanlarda Pentaqon bu informasiyanı rəsmən təsdiqləməyə hazırlaşır. Bundan əvvəl bazada 64 hərbçinin müxtəlif dərəcələrdə xəsarət aldığı açıqlanmışdı. Onların bir qismi Almaniyadakı hərbi hospitala göndərilib.

Bu günlərdə İran silahlı qüvvələrinin Baş qərargahı bildirib ki, ABŞ Ayn-Əl-Əsəd aviabazasına endirilmiş zərbələr nəticəsində məruz qaldığı “ciddi itkiləri” gizlədə bilməyəcək və yaxın günlərdə onlar itkiləri rəsmən açıqlamalı olacaqlar.

Xatırladaq ki, raket zərbələrinin ardınca prezident Donald Tramp “hər şeyin yaxşı olduğunu, heç bir əsgərin xəsarət almadığını” bəyan etmişdi. Lakin daha sonra Pentaqon hərbçilər arasında partlayış dalğasının təsiri ilə xəsarət alanların olduğunu açıqladı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Abşeron rayonunda “Bilik günü” şəhid övladları ilə birgə qeyd edilib

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

Ən çox oxunanalar