Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın İsrailə dərhal cavab verməyəcək...

İran İsrailin öz ərazisinə hücumuna dərhal cavab verməyi planlaşdırmır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Hadisənin kənardan baş verməsi ilə bağlı məlumat təsdiqini tapmayıb. Kənardan hücumla bağlı heç bir məlumat almamışıq və müzakirə hücumdan çox infiltrasiyaya yönəlib", deyə agentlik adı açıqlanmayan iranlı rəsmidən sitat gətirib.

ABŞ ordusunun istefada olan general-mayoru Mark Makkarli isə deyib ki, İsrail İrana zərbəsi ilə İslam Respublikasına hava hücumundan müdafiə sisteminin öhdəsindən gələ bildiyi barədə xəbərdarlıq etmək istəyib:

"İsraillilərin qisas almağa ehtiyacı var idi, lakin eyni zamanda bu qisas mesaj idi: "Bəli, biz hava müdafiəsində qalib gələ bilərik. Bunu bir daha etmə. Əgər belə etsəniz, sizi fəlakət gözləyir".

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə İranın İsfahan əyalətinə endirilən zərbəni "zəif" adlandırıb. O, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ben-Qvir hadisə ilə bağlı başqa heç bir şərh verməyib. O, daha əvvəl deyib ki, İsrailin aprelin 14-nə keçən gecə İranın hücumuna cavabı "zəif" olmamalıdır və Yaxın Şərqdə çəkindirmə nümayiş etdirməyə çağırıb.

Aprelin 19-da səhər saatlarında ABC telekanalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən İsrailin İran ərazisinə raket zərbəsi endirdiyini bildirib. Buna səbəb aprelin 14-nə keçən gecə İslam Respublikasının yəhudi dövlətinə hücumu olub. Jurnalistlərin məlumatına görə, hücum nəticəsində İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində partlayışlar baş verib. İRNA xəbər agentliyi isə öz növbəsində ölkənin bir neçə bölgəsində hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.

Poliqon.info


Etiket: İran İsrail Cavab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Ən çox oxunanalar