Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandakı ruhani lider rejimə qarşı - Moləvi

Moləvi Abdolhamid İranın sünni azlığının lideridir. O, etirazçıları getdikcə daha açıq mətnlə müdafiə edən şəxsə çevrilib…

75 yaşlı iranlı din xadimi ölkənin İslam teokratiyasının buxovlarını qırmaq istəyən gənc kişi və qadınların rəhbərlik etdiyi etiraz hərəkatının gözlənilməz lideri kimi ortaya çıxıb. Tərəfdarları tərəfindən tez-tez hörmətlə “Moləvi” ləqəbi ilə çağrılan Abdolhamid Ismail-Zai İranın ən yüksək çinli sünni müsəlman din xadimi, eyni zamanda ölkənin etnik bəluc əhalisi üçün mənəvi və siyasi liderdir. O, ölkənin ucqar cənub-şərqindəki Bəluc bölgəsində etirazçıları hədəf alan amansız rejim zorakılığına qarşı çəkinmədən daha alovlu bəyanatlarla çıxış edir.

Cümə günü, rejim silahlıları Bəluc bölgəsinin bir sıra şəhərlərində ən azı 18 silahsız etirazçını güllələdikdən bir həftə sonra Abdolhamid bildirdi ki, rejimin daxilindəki şəxslər ölənlərin ailələrinə susmaları müqabilinə pul təklif edib. Lakin ailələr rədd cavabı verdilər və bunun əvəzinə ədalət istədilər.

Moləvi cümə namazı xütbəsində "Biz pul istəmirik" deyərək, “Bunu edənlər kimlər idi və hansı səbəbdən belə etdilər? Buna səbəb olan şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu, şəhid ailələrinin tələbidir”, - vurğlayıb.

Cənab Abdolhamid uzun müddətdir ki, rejimin sərt tərəfdarlarına qarşıdır. Lakin cümə günü əyalətin paytaxtı Zahidan şəhərindəki Məkkə məscidindəki kürsüdə danışan din xadimi indiyədək etdiyi etiraz çıxışlarından da kəskin nitqlə çıxış edib.

O, İslam rejimi altında azadlıqların olmamasını pisləyib və parlament üzvlərini 22 yaşlı Məhsa Aminin ölümü ilə bağlı etirazlara qarşı sərt mövqe nümayiş etdirdiklərinə görə tənqid edib. O, daxili və xarici siyasətdə dəyişikliklərə, minlərlə siyasi məhbusun azadlığa buraxılmasına çağırıb.

Moləvi deyib: “Bizim İslam Respublikasında azadlığımız yoxdur”, “Azadlıq haradadır? Hanı mətbuat azadlığı? İfadə azadlığı haradadır? Hər şey senzuradan keçir. Hər şey məhdudlaşdırılıb. İran xalqının böyük bir hissəsi etiraz edir. İran xalqının əksəriyyətinin etirazı var, narazıdır. Mən rejim liderlərini onları dinləməyə çağırıram”.

Onun xütbəsindən sonra dindarlar Zahedan küçələrinə axışaraq ali lider Əli Xamenei və rejimin pretoriya mühafizəçisi İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı şüarlar səsləndiriblər: “Xamneyiyə ölüm”, “SEPAH-a ölüm!”

Cümə namazından sonra digər Bəluc şəhərlərində, o cümlədən mühüm liman şəhəri Çabaharda etirazlar başlayıb. İranşəhrdə isə nümayişçilər onlara atəş aşan təhlükəsizlik qüvvələrini daş-qalaq etmiş və yanğınlar törətmişdilər.

Rejim silahlıları tərəfindən kütləvi qırğın səhnələrinə çevrilmiş Rask, Xaş və Saravan kimi kiçik şəhərləri də də yenidən etriaz çıxışları ilə alovlanıb.

Qeyd edək ii, cümə günü “Beynəlxalq Amnistiya Təşkilatı” molla rejimini ölkənin cənub-şərqini müstəsna vəhşiliklə hədəfə almaqda ittiham edən bəyanat yayıb. Bəyanatda deyilir: “Məzlum bəluc azlığından olan etirazçılar təhlükəsizlik qüvvələrinin nümayişlərə xüsusi qəddarlıq göstərməsinin ağır yükünü çəkirlər”.

Bəluclar Pakistan, İran və Əfqanıstan arasındakı səhralarda yaşayan fərqli bir etnik qrupdur. İranın bəlucları etnik və dini statuslarına görə onilliklər boyu ayrı-seçkiliklə üzləşiblər.

Son günlərdə cənab Abdolhamid İran təhlükəsizlik qüvvələrinin fars şəhərlərində etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdiyi halda, niyə etnik bəluclara və kürdlərə qarşı niyə öldürücü odlu silahdan istifadə etdiyini soruşub. Səkkiz həftəlik etirazlarda öldürülən 330 nəfərin dörddə birindən çoxu ölkənin cənub-şərqindəndir, onlardan təxminən 100-ü Zahedan şəhərində “ Qara Cümə” adlandırılan 30 sentyabr qırğınında öldürülüb.

Amnesty İnternational təşkilatı Bəlucistandakı etirazlarda öldürülən 16-sı uşaq olmaqla, azı 100 nəfərin adını qeyd etdiyini bildirib. Noyabrın 4-də keçirilən etiraz aksiyaları zamanı öldürülənlərdən bəzilərinin heç bir siyasi aksiyada iştirak etməyən, aksiyaların yaxınlığından təsadüfən keçən adamlar olub.

Cənab Abdolhamid illərdir rejimin siyasətlərini açıq şəkildə tənqid edib və rejim tərəfindən səyahət məhdudiyyətlərinə məruz qalıb. O, xarizmatik siyasi xadim kimi təsvir edilir.

O, Tehranın İranın sünni azlığına münasibətini tənqid edib, eyni zamanda rejim qüvvələri ilə vuruşan silahlı separatçı partizan bəluc qruplarını da tənqid edib. Səkkiz həftəlik anti-rejim etirazları ərzində o, rejimin ruhani və siyasi rəhbərliyinin elit sıralarından ictimaiyyətin nadir və açıq dəstəkçisi kimi ortaya çıxdı.

Cənab Abdolhamid bu yaxınlarda ölkənin gələcəyi ilə bağlı referendum keçirməyə çağırdı və bu çağırış rejimin sərt tərəfdarlarını qəzəbləndirdi və onu daha çox iğtişaşlar törətməkdə günahlandırdılar. Bəlucistanlı siyasi fəallardan biri bildirib ki, cənab Abdolhamid son çıxışında əvvəlkilərdən daha irəli getdi, lakin o, dini hədislərdən bəhs edərkən ehtiyatla danışır. "O, rejimin onu zorakılıq törətməkdə ittiham etməsini istəmir" deyə, fəal əlavə edir.

İranda bütün imamcümələri Xameneyi təyin edir və Zahedan kimi etnik əyalət paytaxtlarında isə bu vəzifə xüsusi diqqətdə saxlanılır. O, kifayət qədər sadiq hesab edilməyən imamcümələri vəzifəsindən azad edir. Lakin Zahedanda bunu etməyə cəsarət etmir, çünki böyük siyasi dəyişkənlik anında İranın sünni azlığının faktiki liderini cəzalandırmaq ehtirasları daha da alovlandıra bilər.

Cənab Abdolhəmid çıxışında cənab Xameneyini birbaşa tənqid etməkdən yayınır. Lakin son çıxışında etirazçılara ölüm cəzası tələb edən məktubu imzaladığı bildirilən 227 parlament üzvünə istehza etmişdi və demişdi: “Parlament millətin evidir. Deputatlar xalqı təmsil edir. İnsanları dinləməlisiz. Onları güllələrdən qorumalısınız”.

Mənbə: İndependent.co.uk

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar