Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda Zəngəzur dəhlizinə qarşı kampaniyanı kimlər təşkil edir?

İranla Azərbaycan arasında son razılaşmalardan sonra hakimiyyətə yaxın medianın yenidən araqarışdırmaq niyyəti nədən xəbər verir? İran mediası bu qədər “müstəqildirmi” ki, rəsmi Tehranın barış kursuna qarşı çıxırlar?..

İran mediası Ermənistan, AzərbaycanRusiya liderləri arasında noyabrın 26-da Cənubi Qafqaz regionunda tranzit yolların açılmasına dair Soçi sammiti çərçivəsində imzalanan üçtərəfli bəyanatı müzakirə edir, Zəngəzur dəhlizinə qarşı yeni kampaniya aparır.

Onlardan bəziləri Zəngəzur dəhlizini “saxta marşrut” adlandırıb və bu təklifin Tehran üçün bir sıra təhlükələr yaratdığını yazıblar. İslahatçı “Arman-i Milli” gündəlik nəşrinin məqaləsində üçtərəfli bəyanat “İranın Qafqazdan sıxışdırılması” kimi şərh edilib. Qəzet Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin siyasi, iqtisadi, təhlükəsizlik, eləcə də hərbi baxımdan İran üçün mənfi nəticələrinin olacağını iddia edib. 

Bununla bağlı qəzet Qafqaz məsələləri üzrə baş analitik Mirqasım Momenidən müsahibə alıb. Musavat.com-un məlumatına görə, Siyasi təhlilçi bildirib ki, İran sərhədləri boyunca tikilməsi planlaşdırılan Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya hərbi qüvvələri cavabdehlik daşıyacaq. Bunu Kreml rəhbərliyinin İranla birbaşa sərhəd yaratma cəhdi kimi qiymətləndirən analitik, yeni vəziyyəti İran üçün “geosiyasi fəlakət” adlandırıb.

İranın digər islahatçı mətbuatı hesab edilən “Etimad” nəşri də Zəngəzur dəhlizi ilə bağlı məqalə dərc edib. “İran Ermənistanla sərhəddən məhrum olur?” başlığı ilə yayımlanan yazıda Qafqaz məsələləri üzrə yerli ekspert Əhməd Kazıminin fikirlərinə yer verilib. O, NATO qüvvələrinin İranın Şimal-Qərb hissəsində fəallığının artım ehtimalına diqqət çəkərək, Zəngəzur dəhlizini “Turançı dəhliz” adlandırıb.

Əhməd Kazımi sözügedən kommunikasiya xəttinin İranın nəqliyyat, enerji, təhlükəsizlik və etnik maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib. İranlı siyasi şərhçi təkcə rəsmi Tehranın deyil, qeyd olunan sahələrdə Moskva və Pekinin də ciddi təhlükələrlə üzləşəcəyini vurğulayıb: “Saxta Zəngəzur dəhlizi regional və beynəlxalq səviyyədə anti-İran layihəsidir”.

İranla Azərbaycan arasında son razılaşmalardan sonra hakimiyyətə yaxın medianın yenidən araqarışdırmaq niyyəti nədən xəbər verir? İran mediası bu qədər “müstəqildirmi” ki, rəsmi Tehranın barış kursuna qarşı çıxırlar? İbrahim Rəisinin Bakı ilə anlaşması kimlərin yuxularını qaçırıb?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli  cənub qonşumuzun əsl niyyətlərinə toxunub: 

“Aşqabad sammitində əslində Rəisi razılaşmışdı, yəni Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə. Bilirsiniz ki, İranın qonşu ölkələrlə bağlı siyasəti illərə dayanır, tarixə söykənir. Onlar hesab edirlər ki, Rusiyanın bölgəyə gəlişi ilə Zəngəzur dəhlizi rusların nəzarətinə keçəcək. Dönüb Qacarlarla Çarın savaşına baxırlar və məsələyə bu kontekstdən yanaşırlar. Amma bunlar həlledici deyil. Zəngəzur dəhlizi işə düşəcək və İran tərəfi də burada yer alacaq. İndiki vaxtda, sadəcə, ortaya mövqe qoymaqla göstərmək istəyir ki, pay sahibi olmaq istəyir. Bir sözlə, güzəştlərə nail olmaq niyyətindədir. İran tərəfin belə açıqlamalarını diplomatik və güzəşt əldə etmək siyasəti kimi qəbul edək. Azərbaycanla münasibətlər istənilən səviyyədə getməsə, İran tərəfi bütün sərhədləri boyu problemlərlə üzləşə bilər. Zatən cənub qonşumuz ciddi problemlərlə üz-üzədir. Bunun da üstünə Azərbaycanın əlavə olunması heç də rəsmi Tehran üçün arzuolunan ola bilməz. Burada Cənubi Azərbaycan, İsrail kimi faktorlar var. Bir də Azərbaycanın beynəlxalq nəqliyyatına kifayət qədər dəstəyin olması faktoru da mövcuddur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar