Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda etiraz dalğası getdikcə böyüyür: 

Xəsarət alanlar var...

İranda hicaba görə saxlanılan qızın ölümü ilə bağlı Rəşt şəhərində polis və etirazçılar arasında qarşıdurma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb.

Bu gün həmçinin paytaxt Tehranda Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyası keçirilib. Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün xüsusi qüvvələr cəlb olunub. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib. Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Etirazçılar polis maşınını aşırıblar.

Analoji aksiya Məşhəd şəhərində də keçirilib.

Qeyd edək ki, son günlər Məhsa Əminin əxlaq polisinin binasında ölümünə etiraz məqsədi ilə İranın bir çox şəhərində aksiyalar keçirilir. Kürdüstan əyalərinin Saqqız şəhərində bazarda mağaza sahibləri etiraz əlaməti olaraq mağazalarını açmayıblar.

Müxtəlif şəhərlərdə qadınlar M.Əminin ölümünə etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar