Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Trampın təhdidinə belə cavab verdi - Foto

“ABŞ gəmiləri İran hərbi qüvvələrinə təhlükə yaratsalar, vurulacaqlar”...

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami IRINN telekanalına müsahibəsində deyib:

ABŞ hərbi gəmiləri və qüvvələri İran mülki və ya hərbi gəmilərinin təhlükəsizliyini təhdid edərsə, hərbi dəniz qüvvələrimizə onlara zərbələr endirməyi əmr etmişik”.

İran Xarici İşlər Nazirliyi, öz növbəsində, Fars körfəzində ABŞ qoşunlarının təhdidləri ilə bağlı rəsmi Vaşinqtona etiraz edib.

ABŞ-ın İslam Respublikasında maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfirinin İran Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunur. Ona ABŞ hökumətinin Fars körfəzinin şimalında qeyri-qanuni hərəkəti ilə bağlı xəbərdarlıq edilərək, Oman və Fars körfəzlərində istənilən qanunsuz hərəkətə müvafiq şəkildə cavab veriləcəyi, bütün tərəflərin beynəlxalq təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyi qeyd olunub.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sosial media hesabından mövzu ilə bağlı açıqlama verib. O, ABŞ Prezidenti Donald Trampa ordusunda baş verən koronavirusa yoluxma hadisələri ilə məşğul olmalı olduğunu deyib:

ABŞ ordusunda beş mindən çox koronavirusa yoluxma hadisəsi aşkarlanıb. Donald Tramp Səddam terrorçularının təhdidlərinə deyil, onlara diqqət yetirməlidir. Eyni zamanda, ABŞ qüvvələrinin evlərindən 11 min kilometr uzaq məsafədə heç bir işi yoxdur. Bizim Fars körfəzi sahillərində əsgərlərimizi təxribata təhrik edirlər”.

Xatırladaq ki, Donald Tramp İran gəmiləri Fars körfəzində ABŞ hərbi qüvvələrinə təhlükə yaradacağı təqdirdə onları vurma əmrini vermişdi.

pia.az


Etiket: İran ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar