Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran erməni separatçıların turnirinə qatılmaq üçün idmançılarını Xankəndiyə göndərir - Təxribat

Separatçı tör-töküntüləri Qarabağda növbəti qanunsuz tədbirə hazırlaşır.
 
Konkret.az-ın İran mediasına istinadla verdiyi məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçı-terrorçu rejim növbəti qanunsuz tədbir keçirəcək.
 
Erməni separatçılar Xankəndidə müharibədə ölən erməni əsgərlərin xatirəsinə həsr olunmuş turnir təşkil edəcəklər.
 
Dekabrın 28-də saat 19:00-da keçiriləcək turnir MMA (qarışıq döyüş növləri) üzrə olacaq. Turnirdə Qarabağdakı erməni idmançılarla yanaşı, Ermənistanİranın da idmançıları iştirak edəcəklər.
 
Azərbaycan torpaqlarında belə bir turnirin təşkili qanunsuzdur. Separatçı-terrorçu rejim bununla “hələ də nəfəs aldığını” göstərməyə çalışır. Bu prosesdə Ermənistanın onlara dəstəyi də təəccüblü deyil. Əsas məqam turnirə İran idmançılarının da qatılmağa hazırlaşmasıdır.
 
İranla Azərbaycan arasında sonuncu dəfə gərginlik məhz Xankəndinə icazəsiz yük daşımaları ilə bağlı olub. Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bu daşımalar rəsmi Bakının sərt reaksiyasına səbəb oldu. Lakin İran tərəfi yük daşımalarında məsuliyyəti özəl şirkətlərin üzərinə qoymaqla prosesdən yayınmağa çalışdı. Yalnız Bakının Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində praktiki tədbirlər görməsindən sonra daşımaların qarşısı alındı. Bu gərginlikdən sonra Bakı və Tehran arasında münasibətlər normallaşma xətti üzrə davam edir, hətta iki ölkə arasında bir çox mühüm razılaşmalara imza atıldı. Bütün bunların fonunda İran idmançılarının Xankəndidə təşkil olunan qanunsuz turnirə qatılması nə Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatlarına, nə də Bakı-Tehran münasibətlərinin ruhuna uyğun deyil.
 
Və açıq qalan suallar yaranır: İran Azərbaycanla münasibətlərin normallaşması prosesində səmimidirmi? Səmimidirsə, niyə idmançılarının separatçıların qanunsuz yarışına qatılmaq üçün Xankəndiyə getməsinə icazə verir? Qanunsuz yük daşınması məsələsində olduğu kimi, bu dəfə də məsuliyyətdən yayınmağa çalışacaq?
 
Azərbaycan Qarabağa qanunsuz səfər edəcək İran idmançılarını qara siyahıya salacaq. Lakin İran bu suallara cavab verməli və bu qanunsuz addımın qarşısını almalıdır, əks təqdirdə ən azı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair bəyatlarının səmimi olmadığı aydın olacaq.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar