Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Korotçenko: "Azərbaycan Ermənistanın təxribatlarına uyğun və adekvat cavab verib"

Korotçenkodan ermənilərin törətdiyi genişmiqyaslı təxribata şərh...

Azərbaycan Ermənistan tərəfinin təxribatlarına uyğun və adekvat cavab verib. Bakının addımları tamamilə qanuni və beynəlxalq hüquq normalarına uyğundur”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan silahlı qüvvələrinin ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, KəlbəcərLaçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatı şərh edərkən bildirib.

Ekspert vurğulayıb ki, sərhəddə vəziyyətin gərginləşməsinə səbəb İrəvanın sülh müqaviləsinin imzalanmasını pozmaq cəhdləridir: “Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını pozmaq niyyətindədir. Bu yaxınlarda Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə AzərbaycanErmənistan liderlərinin Brüsseldə keçirilən görüşündən sonra aydın olub ki, sülh müqaviləsinin imzalanması artıq son mərhələdədir. Açığı, Ermənistanda hadisələrin belə bir ssenaridə cərəyan etməsində maraqlı olmayan qüvvələr var, çünki sülh müqaviləsi İrəvanın ərazi iddialarından əl çəkməsi deməkdir”.

Onun sözlərinə görə, regionda vəziyyətin gərginləşməsində maraqlı olan üçüncü tərəflər də var: “ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqı başa düşür ki, sülh müqaviləsinin imzalanması həm də regionda nəqliyyat kommunikasiyalarının açılması deməkdir. Söhbət Zəngəzur, həmçinin “Şimal-Cənub” dəhlizlərinin işə düşməsindən gedir. Bu dəhlizlər isə Rusiyaya Qərbin blokadasından və sanksiyalarından yan keçmək üçün lazımdır. Buna görə də regionda gərginlik bu dəhlizlərin fəaliyyətə başlamasının təxirə salınması deməkdir. Bu, aparıcı Qərb dövlətlərinin uzunmüddətli maraqlarına uyğundur”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar