Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Məmmədovun milyonlarla vergi borcu var - Faktlar

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.

Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında da öz əksini tapıb.

Belə ki, şirkətin 1600019501 nömrəli VÖİN-i üzrə sorğu verən zaman “Kaspi Yıldız”ın 9 666 469.63 AZN borcu olduğu üzə çıxır.

Şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Maraqlı məqam ondan ibarətdir ki, Lerikin deputatı bir müddət əvvəl mətbuata açıqlamasında “Kaspi Yıldız”la bağlı danışarkən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi:

“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”

Xatırladaq ki, İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü. (Qafqazinfo)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Ən çox oxunanalar