Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi biz Rusiya ilə Vətən müharibəsi aparırıq” - Krivoy Roqun Hərbi Adminstrasiya rəhbəri

Martın 20-də dünyanın bir çox xəbər agentliklərinin lentində Ali Radanın keçmiş deputatı Oleq Tsarevin Krivoy Roqu (Ukrayna Prezidenti Volodimir Zelenskinin doğulub-böyüdüyü şəhər) Rusiya qoşunlarına təhvil verməklə bağlı çağırışı yayıldı.

Hələ Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Rusiya ordusunun himayəsi altında irəliləyən Oleq Tsarev Qərb kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən “Financial Times” tərəfindən “marionet rejimin” potensial rəhbəri adlandırılırdı.

Krivoy Roq hərbi administrasiyasının rəhbəri, Xalq Radasının keçmiş deputatı, hökumətin baş nazirinin müavini və prezidentliyə namizəd Aleksandr Vilkul Oleq Tsarevin çağırışına söyüşlə cavab verib.

Rusiya qoşunları həqiqətən də Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonundadır. Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul rayonunda vəziyyətin necə olduğu barədə Oxu.Az-la söhbətləşib.

- Krivoy Roq rəhbərliyinə şəhəri təslim etmək təklifi göndərildi. Sizin reaksiyanız artıq bütün dünyaya məlumdur...

- Bəli, Oleq Tsarev şəhəri təslim etmək barədə təklifini dərc etdi. O, bunu haradasa səhər saat üçdə yazıb. Açığını deyim, mən elə saat üçdən səhər altıya qədər yatmışam. Bu təkliflə bağlı mənə səhər məlumat verildi. Mən də necə düşündümsə və necə düşünürəmsə, elə də cavab verdim.

- Rusiya qoşunlarının şəhərə yaxınlaşması ilə bağlı məlumatlar var. Nə baş verir?

- Yeddi gündür ki, xarici perimetrdə döyüşürük. Toqquşmalar relyefdən asılı olaraq müxtəlif istiqamətlərdə, Krivoy Roqdan 10-40 kilometr arasındadır. Bizim 120 kilometr uzunluğunda böyük şəhərimiz var.

Bu günlərdə Krivoy Roqda mühəndis konstruksiyalarından böyük müdafiə səddi tikilib. Şəhərimiz sənaye şəhəridir, ona görə də texnika çatışmazlığı yoxdur. Düşmənlə döyüşmək üçün kifayət qədər qoşunumuz və silahımız var.

- Yəni, Krivoy Roq şəhər döyüşlərinə hazırlaşır?

- Tam belə deyil. Biz onları şəhərdən kənarda saxlamağa hazırlaşırıq. Əgər onlar yenə da şəhərə daxil olsalar, şəhər döyüşləri başlayacaq. Amma biz düşməni uzaq məsafədə saxlamaq üçün hər şeyi edəcəyik.

- Bəs mülki əhalinin təxliyəsi nə yerdədir, bu, artıq baş verirmi?

- Biz hər gün Qərbi Ukraynaya və Polşaya istiqamətlənəcək üç təxliyə qatarı göndəririk. Eyni zamanda biz yalnız uşaq evindəki, xüsusi qayğıya ehtiyacı olan, yataq xəstəsi olan uşaqları və s. təxliyə edirdik. Amma getmək istəyən hər kəs artıq iki həftədir ki, işləyən təxliyə qatarlarından istifadə edə bilər.

Şəhərdə lazımi strateji ərzaq məhsulları, dərman ehtiyatları və lazım olan hər şey təşkil edilib. Təbii ki, vəziyyətin gərginləşdiyi təqdirdə şərti olaraq beş növ menyu vəd edə bilmərəm, amma bir neçə aya kifayət qədər qidamız olacaq.

- Krivoy Roq Prezident Vladimir Zelenskinin doğma şəhəridir. Bu, şəhərin müdafiəçilərinə müəyyən emosiya qatırmı?

- Bəli, Krivoy Roq özünü çox layiqli aparan prezidentin doğma şəhəridir. O döyüşür, müharibə zamanı başqa ölkələrin bəzi rəhbərləri kimi heç yerə qaçmayıb.

Sadə bir həqiqəti dilə gətirəcəyəm: biz Ukraynanı müdafiə edirik, hər biri bizim üçün əziz olan bütün doğma şəhərlərimizi müdafiə edirik.

Rusiya ordusu özünü faşistlər kimi aparır. Dinc şəhərləri bombalayır, insanları öldürürlər. Hər şey kitablarda oxuduğumuz kimi və nənələrimizin nasistlər haqqında bizə söylədikləri kimidir.

- İşğal Ukrayna xalqını daha da birləşdirdi?

- Sözsüz. Nasist Almaniyasına qarşı Böyük Vətən müharibəsi gedirdi. İndi bizdə eyni Vətən müharibəsi gedir, amma Rusiya ilə.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar